Laçın rayonu 8 nömrəli tam orta məktəbinin direktoru Elxan müəllim dövlətin büdcəsini talan edib? – İDDİA/ARAŞDIRMA

842

Laçın rayonu 8 nömrəli tam orta məktəbinin direktoru Elxan müəllim dövlətin büdcəsini talan edib? – İDDİA/ARAŞDIRMA

Son zamanlar ölkədə korrupsiyaya qarşı mübarizə kifayət qədər sərtləşib və ortaya maraqlı faktlar çıxır. Aydın olur ki, bu gün korrupsiya hallarına əsasən büdcə təşkilatlarında rast gəlmək olur və bu heç də təsadüfdən deyil. Çünki müəyyən güclər var ki, onlar üçün monopoliyanın qalması, korrupsiyanın artması vacibdir və təssüflər ki, bəzi hallarda məmur korpusuda bu təsirdən qurtula bilmir.

Təhsildə yeyinti sahələri

Sirr deyil ki, Azərbaycanda korrupsiya məskənlərindən biri də təhsil sahəsidir. Bu işdə Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə demək olar ki, əksər rayon icra başçıları da iştirak edir. Gəlin təhsildə korrupsiyanın yaranma sxeminə baxaq. Təhsil sahəsində korrupsiya halları əsasən nələrdə özünü göstərir?

Beynelxalqinformasiyaagentliyi.az-la bu siyahıya nəzər salaq.

Məktəb tikintisi və təmiri üçün hər il milyonlarla vəsait mənimsənilir. Bunu da qeyd edək ki, Heydər Əliyev Fondundan fərqli olaraq, Elm və Təhsil Nazirliyinin xətti ilə tikilən məktəblər daha çox baha başa gəlir və keyfiyyət bir neçə dəfə aşağı olur. Hətta elə qaçqın rayonları var ki, orda hər il bir məktəbin təmirinə yüz minlərlə manat pul ayrılır. Halbu ki, həmin məktəb ümumiyyətlə yoxdur. Amma, amması budur ki, bu gün araşdırmalarımız nəticəsində məlum olub ki, Laçın rayonu 8 nömrəli tam orta məktəbi belə korrupsiya hallarına qrup şəklində yol verirlər. Aldığımız məlumatlara əsasən Laçın rayonu 8 nömrəli tam orta məktəbinin direktoru Elxan müəllim bu kimi korrupsiya hallarından məmnun qalmır. Elxan müəllim məktəbdə çalışan müəllim heyətinə aylıq “tas” qoyub. Bunu qoyaq bir qırağa. Bir əsas məqamı da nəzərinizə çatdıraq ki, Laçın rayonu 8 nömrəli tam orta məktəbinin direktoru Elxan müəllim təhsil ocağında elə abu-hava yaradıb ki, müəllimlərə bərabər valideynlərdə təngə gəlib. Bu məktəbdə Elxan müəllimin öz qanunları hökm sürür. Məsələn, yuxarı sinif şagirdlərini gözüm çıxdıya salır. Buradan belə bir sual ortaya çıxır ki, niyə?! Bildiyimiz kimi yuxarı sinif şagirdləri Attestat qiymətləri yuxarı balla almaqdan ötrü repetitorların yanına əlavə təhsil almaqdan ötrü gedirlər. Niyə, məhz yuxarı sinif şagirdləri əlavə hazırlıqlara məhkum olmalıdır? Çünki, müəllimlərin və direktorların (hər təhsil ocağı və hər müəllimə şamil olunmur) bu bir qaydasıdır ki, məktəbdə yuxarı sinif şagirdlərinə təhsil verməsinlər ki, həmən məktəbdə müəllimlər əlavə olaraq hazırlıq keçsinlər. Bu dediklərim aşağı sinif şagirdlərinə də aiddir. Məktəbin direktoru Elxan müəllim bunlarla kifayətlənməyib məktəbin təmiri üçün və s. işlərdən ötrü pul yığmaqla məşğuldur.

Laçın rayonu 8 nömrəli tam orta məktəbinin direktoru Elxan müəllim dövlətin büdcəsini talan edib özünə dəbdəbəli həyat tərzi qurub.

Müşahidəçilər bildirir ki, bu gün ən böyük korrupsiya halı məhz bu sahədə baş verir və bu işdə çox məmur toplusu iştirak edir.

Dərs vəsaitlərinin hazırlanması. Təmir-tikinti işlərindən sonra təhsil sahəsində ki, ən böyük maxinasiya yeri məhz bayramlardır. Bayramlar zamanı baş verən korrupsiya faktları da kifayət qədər total yaranıb və hələ ki, bunun da qarşısını almaq mümkün deyil. Apardığımız araşdırmalar təsdiqləyir ki, əksər hallarda regional rayon təhsil şöbələrinin müdirləriylə məktəb direktorları əlbir olurlar. Bu haqda daha sonar.

Bu gün təhsil sahəsidə başda olmaqla əksər sahələrdə ciddi problemə və ya bəlaya çevrilən sahələrdən biri də “ölü can”ların mövcudluğudur. Bu cür “ölü can”lar Laçın rayonu 8 nömrəli məktəbdən də yan keçməyib.  Təhsil sektorunda yüzlərlə müəllim, lobarant, metodist mövcuddur ki, onların yalnız adları sənədləşdirilib. Hətta bu cür adı siyahıda olub, hər ay dövlətdən əmək haqqı alan elələri var ki, ümumiyyətlə ölkədə belə yaşamır. Dəhşətlisi isə budur ki, bu cür müəllim və ya müəllimələrin əksəriyyəti saxta diplomlara sahibdilər. Bu kimi sadaladıqlarımız hallar mənbənin verdiyi məlumata əsasən məhz Elxan müəllimin rəhbər olduğu təhsil ocağında da mövcuddur.

Və nahəyət. Elm və Təhsil naziri Emin Əmrullayevdən xahiş edərdik ki, təhsil şöbələrinin müdirləri və təhcizata məsul şəxslərlə videokonfrans keçirdib sual verəydi ki, dövlət bu qədər pul ayırır. Niyə məktəblərə yalnız bir süpürgə və bir qələm verilir. Dövlətin ayırdığı diğər vəsaitlər hara buxarlanıb. Və yaxud kim buxarlandırıb.

Davamı var… Bizi izləyin…

 

Beynelxalqinformasiyaagentliyi.az