Şəfalı əllər sahibi, işinin peşəkarı – Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova

460

Şəfalı əllər sahibi, işinin peşəkarı – Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova

Həkim!

Bu bircə kəlmə, məncə, adama ana qədər, qardaş, bacı kimi əziz və istəklidir. Dilimizə gəlincə, bu kəlmənin sanki hikməti bizim ağrı-azarımızı azaldır, şəfa tapırıq.

Mən qəlbimdə həkimlərə olan sevgimi dilimə gətirməyi yaxşı bacarsaydım, onda fikrimi daha yaxşı və istədiyim kimi ifadə edə bilərdim.

Uşaqlıqdan bugünədək ailəmizdəki ağrı-azarı azaldan həkimlər haqqında çox sayda gözəl fikirlər eşitmişəm. Açığı, nəinki özüm onların şəfalı əllərindən sağalıb yenidən ailəmizə, həyata qayıtdıqdan sonra belə düşünmüşəm, əslində, mənə elə gəlir ki, indiyədək həkimləri olduqları kimi duymamışam.

Ulu tanrının bəxş etdiyi bütün titullara malik,öz zadəliyi,xoşxasiyyətlilik,nəciblik,təmənnasız dostluq tellərini öz üzərində birləşdirən,bütün ömrünü şərəfli bir peşəyə sərf etmiş neçə-neçə gəncə həyat yollarında addımlamağa istiqamətdə bələdçilik etmiş rayon ictimaiyyəti arasında böyük nüfuz sahibi Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova haqqında qəlbimdən gələn ən şirin duyğularımla qələmə almağı özümə mənəvi borc bilirəm.

Açığını deyim ki, Azərbaycan xalqı xoşbəxtdir ki, dövlətimiz sağlamlıq keşikçilərinin öz peşəsinə sədaqətli xidmət göstərmələri üçün belə gözəl şərait yaradıb. Son 30 il ərzində bunu daha çox hiss etdik. Üstəlik, bütün dünyanı bürüyən  koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmizin ilk yerləri tutması da bunun bariz nümunəsidir. Məhz Nurəngiz Bəşirova kimi peşəkar həkimlərimiz də yüksək  şəraitli tibb mərkəzlərində xalqımızın sağlamlığının keşiyində dayanmağı özlərinin peşə borcu hesab edirlər.

Peşəkarlığa aparan yolu Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova şərəfli bir ucalığa yüksəldib, bunu belə gördüm. Qısa tərcümeyihalından da məlum olur ki, həkim bu sənəti sevərək seçib. Nurəngiz Bəşirova ilə ilk görüşündən hiss elədim ki, o, ağlı kəsəndən ağxalatlılara bir sevgi ilə baxıb. Elə bu sirli hiss onu da ağ  xalat geyib, ana, ata, doğmaların, ümumiyyətlə isə insanların sağlamlığının keşiyində dayanmağa vadar edib. Bu məqsədlə də tibb elminə yiyələnib.

Əlbəttə, yüksək peşəkarlıq  hər kəsə, o cümlədən Nurəngiz xanım kimi həkimlərə başucalığı gətirir. Bunun canlı şahidi olmuşuq və həm də mən yox. Ona müraciət edən hər kəs  fikirlərimə şərik çıxar.

Pasiyentlərinin dərin rəğbətini qazanan həkim kimi çalışmış Nurəngiz xanım tibbi xidmət yolunun səhiyyədən başlaması da təsadüfi ola bilməzdi. Bu sağlamlıq ocağında çalışan, yüksək peşəkarlıqları ilə tanınan və sevilən kollektivin bir üzvünə çevrilmək mən belə düşünürən ki, onun uşaqlıq arzularındandı.

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışmaq həm şərəflidir, həm də çox, olduqca məsuliyyətli. Bu mərkəzə nəinki ölkəmizin hər yerindən, yaxın-uzaq qonşu  ölkələrdən bura müraciət edənlər az omur. Bu da bizim bir Azərbaycan vətəndaşı kimi məsuliyyətimizi artırır. Çünki bizi Nurəngiz Bəşirova kimi savadlı həkimlərimiz var.

Həkim keçdiyi şərəfli  tibb xidməti yolları haqqında ətraflı söz açmaq fikrində olmasa da, onun barəsində ürək sözlərini deməyə yüzlərlə, minlərlə pasiyenti və onların doğmaları var. Məhz Nurəngiz Bəşirova kimi öz sevimli peşəsi ilə xalqımıza tibbi xidmət göstərənlərə rast gələndə təəccüblənməyək, çünki onlar xalqımızı, dövlətimizi və sevimli peşələrinin vurğunlarıdırlar. Əməklərinə dövlət tərəfindən yüksək qiymət verilib, layiq olduqları vəzifələrə irəli çəkildikcə, biz də onların xidmət mədəniyyətinin yüksəkliyinin şahidi oluruq. Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova rəhbərliyin etimadını həmişə doğrultmaqdadır. O, dövlətə, dövlətçiliyə, qanunlarımıza və ölkə başçısı cənab Prezident İlham Əliyevə sadiq olan insanlardan biridir. Nurəngiz xanım daima şəhid ailələri, Vətən müharibəsi əlilləri və kimsəsiz ahılların yanında olaraq onlara əlindən gələn maddi və mənəvi dəstəyini göstərir.

Var olun, Nurəngiz həkim! Redaksiyamızın, yaxın-uzaq doğmalarımızın minnətdarlıqlarını sizə ünvanlamaqdan biz də şərəf duyuruq! Sizə iş fəaliyyətinizdə həmişə uğurlar arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor