Bakının gözəlliyinə kölgə salan “Ariva Center Hotel”, yoxsa əxlaqsızlıq yuvası?

269

Bakının gözəlliyinə kölgə salan “Ariva Center Hotel”, yoxsa əxlaqsızlıq yuvası?

Beynelxalqinformasiyaagentliyi.az xəbər verir ki, Azərbaycan günü-gündən inkişaf edir, türistlər ölkəmizə istirahət üçün sıx-sıx üz tuturlar. Xarici ölkə vətəndaşları ölkəmizə qonaq gələrkən neqativ halların şahidi olmamaları üçün, avropa ölkələrindən geri qalmamaqdan ötrü paytaxt Bakı şəhərinin abadlaşdırılması üçün milyonlarla vəsaitlər ayrılır. Amma Təəssüflər olsun ki, ölkə rəhbərliyinin gördüyü bu işlərə kölgə salan, natəmiz obyektlər və hotel adı ilə əxlaqsızlıq yuvaları işlədən sahibkarlar və onları öz vəzifələrindən su-istfadə edərək himayə edən məmurlarda var. Bunlardan biridə Paytaxtda yerləşən “Ariva Center Hotel”idir. Sözü gedən bu hotel haqqında google-də axtarış edilsə, kifayət qədər iyrənc yazılara rast gəlmək olar. Amma çox təəssüf edirik bu qədər araşdırma yazılarından sonra, bu hotelə qaşın üstə gözün var deyən yoxdur, ortaya isə bir sual çıxır yəqin ki, himayədarları güclüdür.
Qardaş Türkiyə respublikasının vətəndaşı Mehemmed adlı şəxsin işlətdiyi bu obyektin üzərinə hotel sözü yazılsada, içəri keçdikdən sonra hoteldən başqa istənilən xidmətlərə rast gəlmək olar, bu otelin (Əgər otel demək olarsa) içərisinə daxil olduqda müəyyən yaş arası xanımlara da rast gəlinir, him-cim edərək istirahət edəcəksinizmi sual verirlər, “hə” cavabını aldıqdan sonra, otağın bir neçə saatına cürbəcür qiymətlər arası məbləğ, kataloq kimi seçdiyin xanıma isə, hər biri öz qiymətini deyərək məbləğ ödəməli olursan. Natəmiz şəraitdə olan bu otaqlarda COVİD-19 virusuna yoluxmaqla, bəlkə canını rahat qutarmış olarsan.
Şəhərin mərkəzində mənzərəni şəhərimizə gələn xarici qonaqlar gördükdə, görəsən ökəmiz haqqında nə düşünərlər? Hər gün inkişaf edən Bakının mərkəzində bucür obyekt işlədənlər kimə və nəyə xidmət edirlər? Yəqin bu suallara hotel sahibi Mehemmed bəy və onun kimi digərləri bu yazıdan sonra hüquq-mühafizə orqanlarında daha yaxşı cavab verəcəklər. Obyektin ərazisinə yaxın yaşayan sakinlərin Beynelxalqinformasiyaagentliyi.aza dediyinə görə, sözü gedən əxlaqsızlıq yuvası haqqında heç bir ciddi tədbir görülmür, burada açıq-aşkar insan alveri ilə məşğul olurlar. Gecələr ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur. Gecələr adıçəkilən bu otelə sənədsiz buraxılır.
Xatırladaq ki, Mənbə bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirdi, həmin mövzuda araşdırmalarımız davam edir. Çox güman ki, bu yazıdan sonra sözü gedən əxlaqsızlıq yuvası haqqında lazımı ölçü götürüləcək, məsələ müsbət həllini tapacaq, hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən əxlaqsızlıq yuvası kimi işləyən obyektin fəaliyyəti barədə qanuni ölçü götürəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq