Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır

427

Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır

14 iyul 1969-cu il. Bu tarixdən etibarən Heydər Əliyevin Azərbaycanda rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə sürətli inkişaf baş verdi. Uzaqgörən siyasətlə görülən işlər sonradan dövlət müstəqilliyinin bərpasından müstəsna rol oynadı. 1969-cu il 14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir. 1969-cu ildə ulu öndər ölkəmizə rəhbər seçiləndə Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikaları sırasında idi. 1969-1982-ci illər ərzində ölkədə siyasi-iqtisadi həyatı köklü sürətdə dəyişmiş, Azərbaycanı keçmiş müttəfiq respublikalar arasında axırıncı yerlərdən ön mövqeyə çıxarmağa Nail olmuşdur. 1959-cu il 14 iyul Pleniumunda böyük Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamızın rəhbəri olmuşdur. Ulu öndərin Azərbaycanın rəhbəri seçilməsi xalqımızın tarixində və taleyində əhəmiyyətli dönüş, başlanğıc, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu möhtəşəm tarixdir. Dahi lider Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərmiş, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Azərbaycan tarixində xüsusi yer tutmuş unudulmaz günlərdən biri də məhz 14 iyuldur. Əsası ümummilli lider tərəfindən qoyulan siyasi kursun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. İlham Əliyevin siyasi kursuna əsasən ölkəmiz günü-gündən inkişaf edir. 1993-cü ildən yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müstəqil dövlətin memarı və qurucusu kimi Azərbaycan tarixində Ümummilli Lider səviyyəsində özünə yer tutub. Ulu öndərin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün həqiqətə çevrilməkdədir Dövlət müstəqilliyinin əsasını qoyan dahi şəxsiyyət, əvəzsiz lider müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaqdır.

Vəfa Tağıyeva

Ağstafa şəhər 2 saylı tam orta məktəbinin direktoru