14 iyul-qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

278

14 iyul-qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. 14 iyul 1969-cu il Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edir. Məhz Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi təyin olunduğu ildən Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyulub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən 54 il ötür. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. 1964-cü ilin 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də.və dünyada tanınıb, həm də milli varlığımızı qoruyub saxlayıb. 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin mövcudiyyət günü kimi qəbul olunub. İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan yenidən öz qurtuluşunu, öz müstəqil inkişafını Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə etibar etmişdir. Ulu öndər özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni qələbələr, nailiyyətlər qazanır. Azərbaycan bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, mədəni multikultural dəyərlərə malik ölkə, müasir, qüdrətli, bütün müsəlman Şərqində örnək olan müstəqil və qalib ölkə kimi tanınması məhz böyük öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin, Ali Baş Komandan cənab İlham Əliyevin əzmkar əməyinin nəticəsidir. İllər, əsrlər keçsə də, Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında daim yaşayacaq, onun müəyyən etdiyi inkişaf yolu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaqdır.

Elnur Əliyev

Qaradağ rayon Su Kanal İdarəsinin rəisi