Ürəklərə yol tapan xanəndə…

507

Ürəklərə yol tapan xanəndə…

MANAF AĞAYEVİN MUĞAM SƏNƏTİMİZİN TARİXİNDƏ ÖZÜNƏMƏXSUS YERİ VAR

Azərbaycanda tarix boyu muğam sənətinin inkişafında Qarabağ xanəndəlik məktəbinin müstəsna rolu olub.

Qarabağ muğam ifaçılığı dəsti-xəttini layiqincə təcəssüm etdirən sənətkarlardan biri də dəyərli xanəndə Manaf Ağayevdi. Manaf Ağayevin səsindəki məlahət, şirinlik hər xanəndəyə nəsib deyil. Ancaq təbii ki, peşəkar, meydangir xanəndə olmaq üçün məlahətli səs bəs eləmir. Manaf Ağayevi dövrümüzdə fərqləndirib üzə çıxaran ən ümdə xüsusiyyəti onun səsinin musiqi alətlərinə uyğunlaşmasıdı. O, həm zildə, həm də bəmdə rahat ifa edə bilir, zənguləli səsi zildə qəti yorulmur. Oxu tərzi bütün xanəndələrdən fərqlənən Manaf Ağayev bəzən səhnəsində mikrofonlardan imtina edən sənətkarlardan biri idi. Tanrı ona sənətdə hərtərəfli xoşbəxtlik bəxş etmişdi: Xalqın sevgisini qazanan, sevilən xanəndədi. Amma bunların hamısına rəğmən, Füzulinin işğalı Manaf Ağayevi hər şeydən küsdürmüşdü. Elə efirlərdə, konsertlərdə yanıqlı oxumasının səbəbi də bu idi…

Manaf Ağayevin səsinin diapazonu çox genişdi. Maraqlı məqam odur ki, onun ifasında zil guşələrdə də qəzəl aydın başa düşülürdü.

Manaf Ağayev həmişə cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləmişdir. Doğma Qarabağımızı erməni faşistlərindən azad olunan dövrdə də ordu-xalq, xalq-ordu birliyini əsas bilərək hər zaman ordumuza, əsgər və zabitlərimizə maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Manaf müəlli el şənlikləri ilə yanaşı dövlət tədbirlərində və xüsusi əhəmiyyətli günlərdə öz vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirən eloğullarımızdan biridir. Manaf Ağayev həmişə şəhid ailələri, Vətən müharibəsi əlillərinə, kimsəsiz və ahıl insanlara maddi-mənəvi dəstəyini göstərmişdir.

Azərbaycan musiqisində öz dəsti xətti ilə seçilən, xalqın sevimlisi Manaf Ağayevə uzun ömür, can-sağlığı, işlərinfə müvəffəqiyyətlər arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor