“ÇİNAR” otelində nələr baş verir?-Zahid Nəsibov kimə arxalanır?

521

“ÇİNAR” otelində nələr baş verir?-Zahid Nəsibov kimə arxalanır?

Əxlaqsız əməllərin intensiv xarakter aldığı otellərdən biri də Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Çinar” otelidir.

Müşahidə etmisinizsə, Bakıda otel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.  İnsanlar bir gecəlik və ya bir neçə saatlıq istirahət etmək üçün , öz məşuqələri ilə birlikdə həmin otellərə üz tuturlar. Həmin otellər hansı rayonun ərazisində yerləşirsə onların fəaliyyətindən də həmin rayonun polis idarələrinin rəisləri və əməkdaşları sozsüz ki, xəbərsiz deyillər.

İş vaxtından sonra, ələlxüsus da həftənin şənbə və bazar günləri həmin otellərin həyəti maşınlarla dolu olur. Əlbəttə, həmin otell sahibləri harasa, kiməsə “haqq” verir ki, əxlaqsızlıq yuvasına çevirdikləri otellərə dəyib, toxanan yoxdur. Yada ki, özləri dövlətin müəyyən qatında yüksək vəzifə sahibidirlər.Ona görə də polis həmin obyekti “vura” bilmir. Bunlardan biri də “ÇİNAR” adı altında fəaliyyət göstərən Binəqədi rayonu, Xocasən qəsəbəsi “Murad” şadlıq evinin arxasında yerləşir. “ÇİNAR” oteli baxmayaraq ki, paytaxta yaxındır, amma ki, otelin rəhbəri Zahid Nəsibov qurd ürəyi yeyərək məkanı əxlaqsız yuvasına çevirmişdir.

Müşahidələr apardıqda şahidi olduğumuz bir məqamı da nəzərinizə çatdırmaq istərdik ki, sözün qısası, bu gün də paytaxt Bakıda otel biznesi adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir.
Otel adı altında “HƏRƏMXANA” sayılan “ÇİNAR”  otelində açıq-aşkar insan alveri ilə məşğul olurlar. Bu hadisələrin başında məhz Zahid Nəsibov durur. Əxlaqsızlıq üçün bütün imkanlardan istifadə edir. Bunun üçün də otelə giriş etmək kifayət edir. Ondan sonrasını özünüz şahidi olacaqsınız ki, bu oteldə nə hoqqalardan çıxırlar.

Yaxşı, tutaq ki bu oteli kimsə himəyadarlıq edir, bəs hüquq-mühafizə orqanları hara baxır? Niyə bu otel və Zahid Nəsibov haqqında ciddi tədbir görmürlər. Axı, biz demokratik, qanuni, müstəqil dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqları Konstitusyamızın qanunları ilə qorunur.  Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun.
Otelin nümayəndəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bizə cavab verən olmadı.

P.S. Hörmətli oxucular ÇİNAR otelindən daha şok faktlarla daha sonra nəzərinizə çatdıracağıq. Bizi izləyin…