Vətən üçün yaşanan ömür -Tural Hüseynov

139

Vətən üçün yaşanan ömür -Tural Hüseynov

İnsanın keçib gəldiyi ömür yolu onun tale güzgüsüdür. Bu lövhədə hər kəsin arzu-istəklərindən qaynaqlanmış əməllər, özünün və başqalarının həyatında qoyduğu izlər aydın görünür və sahibini olduğu kimi təqdim edir. Bu baxımdan insan həyatının dəyəri təkcə özü üçün etdikləri deyil, həm də yaxın-uzaq çevrəsində tutduğu mövqe, cəmiyyətə göstərdiyi xidmətlərlə ölçülür.
“Xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərəm ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan,  işgüzar, xeyirxah, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli olan “Şakir MTK”-nın direktoru Tural Hüseynovdur.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq.  Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin – tanınmış iş adamı, “Şakir MTK”-nın direktoru Tural Hüseynovun hümanist və xeyirxah əməllərindən bəhs edəcəyik.
Dahilərdən biri deyib ki, yaxşı ürək ən böyük xəzinədir. Bax bu baxımdan Tural Hüseynov  xoşbəxt insandır. Ona görə ki, qəlbi, hissiyyatı, mənəvi aləmi sağlamdır. Ona görə ki, dostlara, yaxınlara, ehtiyacı olanlara, şəhid ailələrinə  qarşı çox həssas və diqqətcildir. Və bir də ona görə ki o, sözünə də, işinə də sadiq insandır. Bu keyfiyyətlər bir toplu halında birləşəndə ortada çox maraqlı bir insan obrazı yaranır.
Müdriklər demişkən, “xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tural Hüseynov bu gün də   Vətənə ləyaqətlə xidmətdədir. Onun həyatı bir çox gənc kadrlara bir nümunə, örnəkdir.
Deyirlər, hər bir insanın müsbət və mənfi aurası olur.  İnsan var ki, ağzını açıb danışanda onunla söhbət etdiyinə peşman olursan. Nə ki, mənfi enerjisi var ötürür sənə. İnsan da var ki, onu görəndə bütün dərd-sərin, problemlərin yadından çıxır. Mübaliğəsiz və tam səmimi deyim ki, Tural müəllimi   tanıyandan sonra, onunla hər dəfə həmsöhbət olduqda, necə müsbət auraya malik insan olduğunun şahidi oluruq.
Tural Hüseynov həmçinin media işçiləriylə həmişə təmasda olur. Media işçilərindən də  qayğı və köməkliyini əsirgəmir. Bu sahədə də operativ və layiqli işlər görməyə çalışır.
Bizdə öz növbəmizdə kolektivimiz adından Tural müəllimə işində uğurlar atzulayırıq.

Şamil Cəfər