“HEYDƏR ƏLİYEV – 100”

455

“HEYDƏR ƏLİYEV – 100”

Xeyir-duası Ulu Öndər Heydər Əliyev tərəfindən verilən sahibkarlıq sferası cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə daha böyük vüsət aldı. Özəl sektorun inkişafı dövlət üçün böyük inkişaf və stimul deməkdir. Xalqın rifahının, yaşayış səviyyəsinin mükəməlləşməsi deməkdir. Hər bir sahibkarlıq fəaliyyəti özü-özlüyündə Azərbaycan insanının maddi vəziyyətinin yaxşılaşmasının əsas istiqamətlərindən biridir.

Azərbaycanı intibaha, inkişafa səsləyən əsas sektorlardan biri də nəqliyyat strukturudur. Heydər Əliyev həmişə vurğulamışdır: “Mədəniyyət yoldan başlayır”. Kvant enerjisi dövründə yaşayırıq, bu uğurların başında nəqliyyat əsas amil kimi göstərilir. Bakının sərnişindaşıma xidmətlərini icra edən nəqliyyat vasitələrindən ən geniş yayılanı avtobuslardır. Xalqın sadə zümrəsini mənzil başına çatdıran nümunəvi nəqliyyat vasitəsi “104” saylı marşrut xətti uğurlu xidmət vasitələrindən birincisidir. Nəqliyyatın bu cür dəqiq, sağlam, nümunəvi, sərnişinlərin etibarını qazanmasını əsas səbəbkarlarından olan “104” saylı marşrut xəttinin rəhbəri Nazim Qəhrəmanovdur. Nazim müəllim nümunəvi rəhbər olduğu kimi, həm də vətənsevər, vətənpərvər oğullarımızdan biridir. O, Qarabağ uğrunda gedən döyüşlərinin (Birinci Vətən müharibəsi)  qazisi və döyüşçüsüdür. Nazim Qəhrəmanovun fəaliyyəti birbaşa xalqına, millətinə, dövlətinə xidmətə yönəlib. Bu onun bir Azərbaycanlı oğlu kimi özünə verdiyi sözdür.

Nazim Qəhərmanov Siz, Azərbaycanı təmənnasız sevən vətən oğlusunuz. Sizə işlərinizdə uğurlar və nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Beynelxalqinformasiyaagentliyi.az