Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu –

1187

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Xasay Bayramov bu gün dünyasını dəyişib. 50 yaşlı X. Bayramov  17 gün idi ki, Bakıda “Yeni klinika” da müalicə alırdı. Bir neçə gün bundan öncə vəziyyəti yaxşılaşsa da qəfildən yenidən səhhəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Unikal.org-ahəkimin koronavirusdan dünyasını dəyişdiyini təsdiqləyiblər.