ABŞ hərbi bazasına hücum olub — Ölənlər var

575

ABŞ hərbi bazasına hücum olub

ABŞ-ın İraqda yerləşən “Eynül-Əsəd” hərbi bazasına hücum olub.

“Ölkə.Az” xəbər verir ki, hücum zamanı 80 nəfər amerikalı hərbçi həlak olduğu bildirilir.

Bu barədə məlumatı İranın “Press TV” agentliyi yayıb.

Bundan başqa hücum zamanı bir neçə ABŞ silahlı qüvvələrinə məxsus təyyarə məhv edildiyi bildirilir.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofman İranın ABŞ-ın iki hərbi bazasına hücum faktını təsdiqləyib. Lakin Pentaqonun sözçüsü hərbçilər arasında olan itkilər barədə məlumat verməyib.