“Xaliq Faiqoğlu” şirkətinin yeni avtobusları belə təqdim edildi – Video

611

“Xaliq Faiqoğlu” şirkətinin yeni avtobusları belə təqdim edildi

Xəbər verdiyimiz kimi, “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının yenilənməsi istiqamətində ardıcıl layihələr icra edir. Bu məqsədlə şirkət tərəfindən Bakıya gətirilən 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobusların təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral, “Anadolu İsuzu” şirkətinin rəhbərliyi, Bakı Nəqliyyat Agentliyinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də “Xaliq Faiqoğlu” şirkətinin heyəti iştirak edib.

Təqdimat mərasimindən görüntüləri təqdim edirik: