Buzlar qırıldı, onlarla avtomobil batdı — VİDEO

267

Buzlar qırıldı, onlarla avtomobil batdı

Rusiyanın Vladivostok bölgəsində yerləşən Voevoda buxtasında 30-dan artıq avtomobil buzun qırılması nəticəsində suya batıb.

“Ölkə.Az” bildirir ki, “Primamedia”nın məlumatına görə, hadisə ilə bağlı görüntülər “Youtube”da yayılıb.

Bildirilib ki, əyalətin Fövqəladə Hallar Xidmətinə hadisə ilə bağlı 45 müraciət daxil olub.

Avtomobillərin bəzilərinin qismən batdığı, hadisə nəticəsində heç kimin xəsarət almadığı bqeyd edilib.