Bağdad hava limanına hücum olub — İranlı general öldürüldü

273

Bağdad hava limanına hücum olub

İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə raket atılıb, nəticədə azı 8 nəfər ölüb.

“Ölkə.Az” xəbər verir ki, hücum nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.

Bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki,  3 raket yüklərin yerləşdiyi əraziyə düşüb, nəticədə iki maşın partlayıb.

Atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İranlı generalın öldüyünü rəsmi olaraq təsdiq edib.

Bundan başqa raketlərdən biri uçuş-eniş zolağına düşdüyü üçün, hava limanı bağlanıb.