Bakı metrosunda problem — Sıxlıq yarandı

295

Bakı metrosunda problem

Bu gün səhər saat 07 radərində metronun “İçərişəhər” stansiyasında qatarda texniki nasazlıq olub. Həmin qatar depoya göndərilib və əvəzinə yeni qatar verilib.

“Ölkə.Az” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, “İçərişəhər” istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqə yubanma qeydə alınıb: “Hazırda dispetçerlər ümumi qrafikin normaya salınması ilə məşğuldurlar. Məsələ ən qısa zamanda həllini tapacaq”.