Bakıda bəzi çimərliklərdə şlaqbaumlar və qapılar götürüldü

569

Bakıda bəzi çimərliklərdə şlaqbaumlar və qapılar götürüldü

BİA.az

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtın Xəzər rayonunda yerləşən çimərliklərə baxış keçirib.

Departamentin əməkdaşları Zirə və Mərdəkan  çimərliyində olub.

Həmin çimərliklərdə bir neçə  məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar  götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.