Ekspert Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh etdi

14

Vergi - Sigorta - memur

Dünən keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirilib ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək.

Bizimyol.info-ya açıqlama verən vergi eksperti Vəli Əliyev bildirib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qüvvəyə minərsə, vergi orqanı tərəfindən sahibkarlıq subyektlərinə müdaxilə üçün geniş imkanlar yarada bilər.

Vəli Əliyev Vəli Əliyev

“Vergi Məcəlləsinə dəyişikliklərin xülasəsini toplayaraq bildirim ki, təklif edilən dəyişikliklər qüvvəyə minərsə, alkoqollu içkilər və tutun məmulatlarının qiymətində dərhal, ilkin bazarda mənzillərin qiymətində isə artım tədricən baş verəcək. Vergi tutulan əmliyyatın vaxtının dəyişməsi və vergi hesab-fakturasının ləğvi ilə əlaqədar mühasiblər əlavə iş yükündən azad olacaq. Girov predmeti olmuş və Bankların mülkiyyətinə keçmiş daşınmaz əmlakın satışı zamanı banklar ciddi maliyyə itkisi ilə üzləşəcək.

Yaxşı olardı ki, ƏDV və mənfəət vergisi 01.01.2020-ci il tarixdən sonra hüquqi şəxsin mülkiyyət hüququ tanınmış və satılan daşınmaz əmlaka tətbiq olunsun.

Təklif edilən dəyişikliklər qüvvəyə minərsə, vergi orqanı tərəfindən sahibkarlıq subyektlərinə müdaxilə üçün geniş imkanlar yarada bilər”,-deyə vergi eksperti Vəli Əliyev bildirib.