Kürdəmir rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin növbəti tədbiri keçirilib.

102

Kürdəmir rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin növbəti tədbiri keçirilib.

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəni davamlı surətdə icra edir. Layihə çərçivəsində növbəti tədbir Kürdəmir rayonunda fəaliyyət göstərən peşə məktəbinin nəzdində həyata keçirilib.
” Siz bizlərdən birisiniz” şüarı altında keçirilən tədbirdə Kürdəmir rayon icra hakimiyyətinin rəsmisi İctimai siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Daşqın Rüstəmov, Sosial Xidmətlər Ağentliyinin Mərkəzi Aran regional filialının baş mütəxəssisi Qurbanov Elşad, təhsil sektorunda pedoqoji, tibbi, psixoloji komissiyanın katibi Pərvanə Salmanova, Millət Vəkili Əminə Ağazadənin köməkçisi Namiq Ağayev, birliyin üzvləri və fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.
Layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsədi, ideyası, layihə çərçivəsində görüləcək işlər və layihənin faydaları haqqında geniş məlumat verib.
Müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətdə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərinin təmin edilməsi üçün xüsusi məlumat verib. Əlillik dərəcəsi olsa da işləmək, cəmiyyət içərisində özünü daha rahat hiss edən fiziki məhdudiyyətli şəxslərə , bu və ya digər istiqamətlərdə özünü cəmiyyətdə görmək istəyən fiziki məhdudiyyətli insanlara düzgün istiqamətdə yol göstərməyin vacibliyindən danışıb. Bu təlimin əsas prinsipi olaraq öndə durub.
Tədbirdə iştirak edən fiziki məhdudiyyətli şəxslərin təhsillə bağlı qarşıya çıxan problemlərin yaranma səbəbləri haqqında bu cür uşaqlara çalışan təhsi üzrə mütəxəssis Pərvanə Salmanova xüsusi açıqlama verərək məsələyə aydınlıq gətirib. Bəzi uşaqların təhsildən kənarda qalanlarının əsas səbəbini valideynlərdə görən Pərvanə Salmanova təssüf hissi ilə fikirləşənni yekunlaşdırıb.
Daha sonra Sosial Xidmətlər Ağentliyinin Mərkəzi Aran regional filialının baş mütəxəssisi Elşad Qurbanov fiziki məhdudiyyətli uşaqların valideynlərinin öz övladlarınının cəmiyyətə inteqrasiyası üçün birbaşa ən birinci iştirakçısı olmağa çağırıb. Və iş təcrübəsi zamanı belə uşaqların valideynləri ilə tez-tez görüşdüyünü, onlara uşaqların təhsil almasının, hər hansı bir peşəyə sahib olmasının və onların cəmiyyətə inteqrasiyasının bu şəkildə vacibliyi haqqında danışıb. Elşad Qurbanov hətta bəzi nəticələr əldə etdiyini bildirib.
Birlik sədri və layihənin rəhbəri Yasəmən Qəyyumova tədbir iştirakçılarını ayrı-ayrılıqda dinləyib, cəmiyyətə inteqrasiyası olmaq üçün onların qarşısını alan səbəbləri öyrənmək məqsədilə geniş müzakirələr aparıb. Ortaya çıxan səbəblər qeydə alınıb.
Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyatlar süfrəsi açılıb. Xatirə şəkilləri çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi