Bu gün “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin mərhum sədri Elşad Həmidovun anım günüdür

69

Bu gün “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin mərhum sədri Elşad Həmidovun anım günüdür

Bu gün xeyirxah əməlləri ilə tarixin unudulmaz yaddaşına əbədi həkk olunmuş, öz canını haqqın-ədalətin keşiyində sipər etmiş, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB-nin sədri olmuş Elşad Nəcməddin oğlu Həmidovun xatirəsi yad edildi. Şərəfli ömür yolunu insanlığın uğrunda çıraq edən, “Mərhəmət Çırağı” İctimai-siyasi, ədəbi publisistik jurnalının təsisçisi və baş redaktoru kimi hər zaman mərhəməti insanlığın ali məqamı hesab edən Elşad müəllimin xatirəsi ehtiramla yad edilərək, ruhuna dualar oxundu.

Mərhumun qəbri ziyarət edildi, ruhuna dualar oxundu. Daha sonra mərhumun əziz xatirəsinə ehsan süfrəsi açıldı.

“İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İctimai Birliyində çalışdığı dövürdə özünəməxsus xarakteri və qeyri-adi işgüzar fəaliyyəti ilə Azərbaycan dövlətinə və dövlətçiliyinə, Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutan, Prezident İlham Əliyevin cənablarının siyasətinə sadiq qalaraq və onu həmişə dəstəkləyən,öz işini peşəkarcasına icra edən, ona müraciət edən və kömək istəyən hər bir kəsə öz əlindən gələnini əsirgəməyən Elşad Nəcməddin oğlu Həmidovun anım günüdür. Elşad müəllimin üzündə səmimiyyət, danışığında, davranışında bir mədəniyyət, alicənablıq var idi.

Hal-hazırda əziz qardaşının şərəfinə bacısı Gülnara Həmidova jurnalın fəaliyyətini davam etdirir, bununla yanaşı “Merhemet.TV” internet televiziyasını da qardaşının əziz xatirəsini yad etmək üçün təsis etmişdir. Qardaş acısı çox çətin olsa da bu ilahi hökmü qəbul edib ruhuna “Fatihə” oxuayaraq Allahdan rəhmət diləyir.

Yerin cənnət olsun əziz dost.

 

Fərid Faiqoğlu

AJB-nin üzvü