Ağstafada şəhid Elşad Həsənovun Anım günü keçirildi.

133

Ağstafada şəhid Elşad Həsənovun Anım günü keçirildi.

“Xezertv.info” xəbər verir ki, 11 aprel 2023-cü il tarixində Laçın rayonunda şəhid olmuş  Elşad Həsənov, Vidadi Zalov, Səbuhi Tağıyevin Anım mərasimləri Ağstafa, Apşeron, Naxçıvanda keçirilib. 12 aprel 2024-cü il tarixində Ağstafa rayonunda şəhid Elşad Həsənovun Anım gününə həsr edilmiş tədbirlərdə AVMVİB-nin nümayəndələri polkovnik Elmar Hüseynov, Mərdan Ələsgərov, Qaçay Aslanov, Əli Hümbətov, Vaqif Sadıqov, Şükür Tağıyev, Ədalət Şükürov, Əli Qaragözov iştirak etdilər.

Tədbirdə Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qədiməliyev Ariz, əməkdaşı Vüqar Həsənov və ictimaiyyətin nümayəndələri iştirak etdilər.

Tədbir Ağstafa rayonunun Xətai kəndində şəhid Elşad Həsənovun adına ailəsi tərəfindən inşa edilmiş, “AzərSu”-nun dəstəyi ilə Şəhid bulağın açılışı ilə başladı.

 

Fərid Faiqoğlu

AJB-nin üzvü, “Xezertv.info”-nun təsisçisi,

“Qızıl Qələm” mükafatçısı, ehtiyatda olan Baş leytenant.