Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri…

150

Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri…

Hamam suyu ilə özünə dost tutmaq” özü “fırıldaqçı” adamların xüsusi “istedad”ıdır. Çox təəssüflər olsun ki, bu cür “xüsusi istedadlı adamlar”a iş həyatında tez-tez rast gəlirik. .

Bəzən ya bizim saflığımız, ya qarşı tərəfin güclü inandırma bacarığı, ya da mərhəmət hissimiz üzündən biz də aldanırıq.

Təəssüflər olsun ki, belə bir hal ilə elə bu yaxınlarda biz özümüz də rastlaşdıq. Özünü yazıq, çarəsiz, haqlı ola-ola məmur tərəfindən güya süründürməçiliyə məruz qalandığını deyən “iş adamı”nın yalanlarına inanmış olduq.

Özünü “iş adamı” kimi təqdim edən Müqayis Verdiyev ömrünün yarısı həbsxanada keçib. Özü də hər dəfəsində məsələ pulla bağlı olub – hədə-qorxu ilə pul tələb etmə və sair maddələr ilə …

Deyir, – “mən həbsdə olsam da çöldəki kimi idim, ayrıca otağım, telefonum əlimdə, oteldə dincəlirdim Maraqlıdır, Müqayis Verdiyevin sözlərindən belə çıxır ki, Ədliyyə Nazirliyinin tabeliyində olan həbsxanalarda özbaşınalıq hökm sürür?

Harada gəldi Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin adını çəkərək, dəfələrlə onu yanına çağırdığını, tez-tez “səmimi” görüşdüklərin,i yaxşı münasibətlərinin olduğunu, vurğulayaraq baş prokurorun adından kimlərəsə təziq göstərməyə çalışır. Məqsədlərinə çatmaq üçün hətta, ölkə başçısının və birinci vitse-prezidentin adlarını belə yalanlarına alət edir.

Bir sözlə özünü tərifləmək üçün bütün dövlət qurumlarının hüquq-mühafizə orqanlarının, Ədliyyə Nazirliyinin, hətta prezident administrasiyasının belə fəaliyyətinə qarşı sıravi vətəndaşlarda nifrət yaradan bu adam, bu danışıqları ilə “bu ölkədə pulun qanunlardan üstün olduğunu” iddia edir. Bu isə insanların dövlətə və dövlət qurumlarına inamını, etibarını şübhə altına alır.

Dövlət lahiyəsinə ayrılmış milyonlarla manatı mənimsəmək, daha sonra 3 il həbsxana ilə canını qurtarmaq, üstəlik həbsxanadan azad olunduqdan sonra həbsxana rüşvət müqabilində ona həbsxana rəhbərliyi tərəfindən xususi diqqət göstərməsi dustaqlardan ayrı olaraq yer ayrılması, telefon işlətməsinə şərait yaradılması və.s kimi sözləri deməsi görünür yeni aldığı 400 min manatlıq avtomobilə sığmayan Müqayis Verdiyev kimi iş adamlarına dərs olmayıb.

Hələ üstəlik qazandığı milyonlardan Müqayis Verdiyev görəsən bir dəfə olsun dövlət bücəsinə hər hansı vergi ödəyib? Ehtiyacı olan şəxslərə yardım edib? Ölkəmizin süverinliyi üçün canından keçən şəhidlərmizin ailəsinə 1 manat olsun yardım edib? Kimsəsiz uşaqlar evinə kimsəsizlər evinə Maddi yardım edib?

Təbiki biz görməmişik bunu sübut edən video və fotolarda yoxdur. Amma onun şantaj etdirdiyi şəxslər yuxarda sadalanan bütün köməklikləri ediblər. Bu gündə edirlər Müqayis kimlər isə ortada ürək bulandırmaqdan başqa əlindən bir iş gəlmir

İş adamı öz dələduzluqunu ört-basdır etmək üçün məsulliyyəti bəzi vəzifəli şəxslərin üzərinə ataraq onları şantaj etməklə işini bitirmiş olur. Ümüd edirik adiyyatı qurumlar məsələni nəzarətdə saxlayacaq.

Azerbaycanrealligi.com