Əsrə bərabər 20 İL -Müdrik lider, Böyük strateq, Qalib sərkərdə

385

Əsrə bərabər 20 İL -Müdrik lider, Böyük strateq, Qalib sərkərdə

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin çoxlu faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin daha da çox səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin yüksək faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu ildə yenə xalqın etimadı ilə seçicilərin səs çoxluğu ilə Prezident seçildi.
Ötən 20 il ərzində Azərbaycanın əsrə bərabər inkişafı göstərir ki, xalq doğru seçim edib. Seçdikləri lider isə hər zaman xalqı, vətəni üçün çalışıb. Azərbaycanı bu illər ərzində zəfərdən zəfərə, zirvədən zirvəyə aparıb. Uğurumuz istər siyasi meydanda, istərsə də hərb meydanında davamlı olub.
Müzəffər Ali Baş Komandan hər dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli nitqində strateji prioritetləri müəyyən edib-artıq o dövrdə İlham Əliyev ölkə daxili, geosiyasi və qlobal müstəvidə mövcud trendləri aydın görür, nəyi, nə vaxt və necə etməyi çox dəqiq bilirdi.
İlham Əliyevin əsas hədəf kimi Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsi:
■ güclü iqtisadi potensialın formalaşdırılması,
■ müasir cəmiyyət quruculuğu,
■ qüdrətli Silahlı Qüvvələrin yaradılması,
■ beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi;
■ Yekun hədəf – regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyinin bərpası.

Biz həmişə olduğu kimi bu gün də, sabah da, gələcəkdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşmişik və onun siyasi fəaliyyətini dəstəkləyirik.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm.

Yaşasın cənab prezident!

Cəsarət Qasımov

Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu