“Qocalıqda yorğalıq” – Cəlilabad rayon Soyuqbulaq kənd orta məktəbin müəllimi Elşən bəy eşqə düşüb?

402

“Qocalıqda yorğalıq” – Cəlilabad rayon Soyuqbulaq kənd orta məktəbin müəllimi Elşən bəy eşqə düşüb?

Redaksiyamıza daxil olan məlumata əsasən Cəlilabad rayonu Soyuqbulaq kənd orta məktəbində dərs deyən, özünü söylədiyi kimi Yeni Azərbaycan Partiyasının Cəlilabad Rayon Təşkilatının sədr müavin Elşən adlı şəxs jurnalist xanıma eşqnamə oxuyub. Baxmayaraq ki, jurnalist xanım peşəsi ilə əlaqədar olaraq Elşən müəllimlə müsahibə götürmək istəsə də, lakin Elşən müəllim tam bunun əksini edib. Verilən sualları tamamilə başqa səmtə çevirərək xanıma eşq elan edib. Hətta, əxlaqsız təkliflər də edib. Həm də ki, iş vaxtı sərxoş vəziyyətdə xanımı məcbur edərək görüntülü söhbət etməyini təklif edir.

Hörmətli oxucular siz deyin bu kimi müəllim gənc nəsilə necə təlim-tərbiyə verə bilər ki, özü əxlaqsız ifadələr və hərəkətlər edir. Bu cür müəllimləri təhsil ocağından və ictimaiyyət arasından uzaqlaşdırmaq lazımdır. Hətta məsuliyyətə cəlb olunmalıdır ki, bu cür hallar baş verməsin.

PS. Bizi izləyin. Elşən müəllim haqqında daha şok faktlarla sizi tanış edəcəyik. Elşən müəllimin video-audio görüntüləri sizə təqdim edəcəyik. Elşən müəllimi bu yaşda nə vadar edir ki, xanımlarla bu cür rəftar etsin. Bəlkə, bu insanın həkimə ehtiyacı var?…