ŞƏFALI ƏLLƏR SAHİBİ
Bilmirəm, nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm.Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.
Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
_Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.
Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır.
Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
Bu müdrik kəlamları elə-belə xatırlamadım.Yazımın konkret ünvanı var.İnsanlara daim yaxşılıq edən, onları əvvəlki sağlam həyatlarına qovuşduran bir insan haqqında danışmaq istəyirəm.O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, ona pənah gətirən heç kəsi naümid qaytarmır.
Bu, sözü, əməli,fikri xeyirlə yoğrulmuş insan, əlləri şəfalı həkim Androloq-Uroloq Elnur Hüseynovdur.
Elnur Hüseynov şərəfli həyat yolu keçmişdir.
O, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır.
Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Elnur həkimin sözünün əvvəli-axırı insandır. İnsanın sağlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Elnur həkim. Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.
Elnur Hüseynov bütün kollektivin, posientlərinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Elnur həkimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, öz xəstələrinə doğma insanı kimi münasibət bəsləyən həkim cərrah Elnur Hüseynov onların hər birinə qayğı ilə yanaşır, hər biri ilə səmimi rəftar edir.
Elnur Hüseynov sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür.İllər keçib, zaman dəyişsə də Elnur həkim dəyişməz qalır.
Elnur həkimin ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.
Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Elnur həkimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən, həkim adlı şərəfli peşə sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan “Ege Hospital” da Androloq-Uroloq Elnur Hüseynova sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən şərəfli və çətin işində uğurlar diləyir, ləyaqətli ömrünün davamlı olmasını arzulayıram.
Şahmar Zərdabi
Baş redaktor