Heydər Əliyevin neft və qaz strategiyası

295

Heydər Əliyevin neft və qaz strategiyası

Yaşlı neftçilərin yaxşı yadındadır ki, Heydər Əliyev Azərbaycana 1969-cu ildə birinci dəfə rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində vəziyyət ürəkaçan deyildi. Respublika irəliləmək, inkişaf etmək əvəzinə geri gedirdi. Bu gerilik özünü neft və qaz sənayesində qabarıq şəkildə göstərirdi. İşi belə qoymaq olmazdı. Çünki respublikanın iqtisadi və sosial inkişafı neft sənayesindəki vəziyyətlə bağlı idi və ulu öndərimiz bunu gözəl bilirdi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Bu, ulu öndərimiz Heydər Əliyevin MK-nın birinci katibi seçilməsindən sonra keçirilən ilk plenum idi. Heydər Əliyev plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil etdi. Geriliyin, yaranmış gərgin vəziyyətin səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. O vaxtdan da neft və qaz sənayesində illərlə yığılıb qalmış problemlərin həllinə başlandı.

Təsəvvür edin ki, o vaxta qədər Xəzərdə istifadə olunan texnika bizə yalnız o sahələrdə işləməyə imkan verirdi ki, orada dənizin dərinliyi 40 metrdən çox deyildi. Həmin sahələrdə isə neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar edilmişdi.

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Siyasi cəhətdən müqavilənin əhəmiyyəti o oldu ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin bazar münasibətlərinin müasir tələbləri  səviyyəsinə uyğun olaraq inkişafı ölkə əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına və ölkəmizdə müdafiə qüdrətinin möhkəmləndirilməsinə xidmət edir və gələcəkdə də xidmət edəcəkdir.

Son illərin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qaz­çıxarma sənayesinin daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın dünya iqtisadı sisteminə in­teq­rasiyasının güclənməsi ilə yanaşı beynəlxalq imici də artmağa başlamışdır.

Bütün bunlar onu deməyə əsas verir ki, bazar münasibətləri şəraitində Azərbaycanın iqtisadi və sosial həyatında yanacaq-enerji kompleksi sahələrinin  müasir tələblər səviyyəsində inkişaf etdirilməsi öz aktuallığı ilə diqqəti cəlb edir. Yanacaq-enerji kompleksinə daxil olan neft və qaz  hasılatının artırılması, neftin nəqli və emalı prosesinin sürətləndirilməsi, elektrik və istilik enerjisi istehsalı və qaz təchizatinin yüksəldilməsinə xüsusi əhəmiyyət verilməsi daim ölkənin diqqət mərkəzində duran məsələlərdən biri olmalıdır.

Bazar münasibətləri şəraitində Azərbaycanın yeni neft strategiyası, özünün müstəqil bir ölkə kimi öz təbii sərvətlərinə sahib çıxması, milli mənafeləri, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyərək ölkəmizin suverenliyinin mühüm təminatçısına çevrilmişdir. Məlum olduğu kimi Azərbaycanın yeni neft strategiyasının əsasını 1994-cü ildə Ulu Öndərimiz  Heydər Əliyev tərəfindən imzalanan “Əsrin müqaviləsi”  təşkil etmişdir.

Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin gələcək inkişafı ilə əlaqədar xarici ölkələrlə bağlanmış müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətciliyimizin və milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteq­rasiyasının dərinləşməsinə, investisiya axınının genişlənməsinə, həmçinin də bütün bunlarla əlaqədar olaraq ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin daha da atmasına gətirib  çıxaracaqdır.

Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə neft-qazçıxarma sənaye sahəsinin sürətli inkişafı təmin edilmişdi. Bununla əlaqədar olaraq yanacaq-energetika sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafında  bugünkü gündə oynadığı əhəmiyyətli rolunu çox yüksək səviyyədə qiymətləndirən dövlətimiz qeyri-neft sektorunun da inkişafını genişləndirmək məsələsini qarşıya bir məqsəd kimi qoymuşdur. Bu baxımdan Azərbaycanın imkanlarının genişliyi hər şeydən perspektivdə ölkənin yüksək davamlı inkişafının əsasən regionların istehsal potensialından səmərəli istifadə istiqamətində davam etdirilməsinə əsaslı şərait yaradacaqdır.

 

Bütün bu deyilənlərə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, neft-qazçıxarma sənaye sahəsinin ölkə iqtisadiyyatının inkişafındakı rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməsi məqsədə uyğundur. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Azərbaycanın neft-qazçıxarma sənaye sahəsindəki geniş imkanları nəzərə alınmaqla ölkəmizdə dayanıqlı inkişaf dinami­ka­sı­nın təmin edilməsində regionların istehsal, maddi və resurs potensialından səmərəli istifadə edilməsi istiqamətində əlverişli şəraitin yaradılması və formalaşdırılmasına nail olmaq lazımdır.

Mən qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin ölkəmizi böyük inkişaf yoluna çıxarmış neft və qaz strategiyası bu gün hörmətli Prezidentimiz İlham Əliyevin iradəsi və müdrikliyi sayəsində yaşayır, iqtisadi və siyasi müstəqilliyimizin möhkəmlənməsində aparıcı rolunu uğurla oynayır. Ümummilli liderimizin vaxtilə böyük uzaqgörənliklə işləyib hazırladığı və cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi bu strategiya ölkəmizə hələ çox nailiyyətlər qazandıracaq.

 

AZƏR ABBASOV

XAÇMAZ REGİONAL QAZ İDARƏSİNİN RƏİSİ