Prezident İlham Əliyev qüdrətli Azərbaycan yaratdı

187

Prezident İlham Əliyev qüdrətli Azərbaycan yaratdı

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İcra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər də miqyası və əhəmiyyəti ilə seçilir. Respublikanın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması baxımından həyata keçirilən tədbirlər isə ardıcıl və kompleks şəkildə davam etdirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin müasir səviyyədə yenidən qurulması da bunun bariz nümunəsidir. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir və bunun nəticəsində hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.

Enerji sisteminin operativ idarə olunması Sistemin Operatoru – Mərkəzi Dispetçer İdarəsi tərəfindən həyata keçirilir.

Mərkəzi Dispetçer İdarəsinin fəaliyyətinin əsas məqsədi – elektrik enerjisinin istehsalının və ötürülməsinin fasiləsiz idarə olunması ilə texniki reqlamentlərin və digər normativ aktların tələblərinə uyğun respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi təchizatının, o cümlədən elektrik enerjisinin keyfiyyət göstəricilərinin təmin edilməsidir.

Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu yaradılmışdır. Cəsur əsgərlərimiz həmin yol boyunca irəliləyərək Şuşa şəhərini azad etmişlər.

Qeyd edək ki, dövlətimizin başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilən ərazilərdə “AzərEnerji” tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.

Azərbaycan Respublikası müstəqil dövlət olaraq onun ərazisində yaşayan millətlərin tarixi birliyinin təcəssümüdür. Bizim dövlətimiz milli prioritetlərin formalaşması istiqamətində uzun və möhtəşəm tarixi yol keçmişdir.

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi.

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqının çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoru­yan Heydər Əliyev kimi dahi, uzaqgörən siyasətçiyə ehtiyac duyulurdu. Dahi lider xalqını ağır vəziyyətdə qoymayıb onun köməyinə çatdı.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi.

Digər sahələrlə yanaşı, ordu qu­ruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 okt­yabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin ina­mını diqqətə çatdırdı: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolun­da çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin stra­teji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.

Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai – siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçir­diyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır.

Möhtərəm cənab Prezidentin xüsusi diqqət və qayğı göstərərək biz energetiklərə böyük ruh, fərəh verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

 

Ziyəddin Quliyev

“Azərenerji” ASC-nin vitse-prezidenti

 

Hazırladı: Rübaba Vəliyeva