Zakir Fərəcov işdən azad edilir – Maliyyə fırıldağına görə

128

Zakir Fərəcov işdən azad edilir – Maliyyə fırıldağına görə

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.
Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq.
Qeyd edək ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Zakir Fərəcovun fəaliyyətindən məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi nöqsanlarlarla bağlıdır.
Qeyd edək ki, Zakir Fərəcov adı qalmaqallarda keçən icra başçılarından biridir. Onun Sumqayıtda xüsusən sahibkarlara “qan uddurduğu”na dair iddialara tez tez rast gəlinir. Hətta yaxın zamanlarda Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı ilə bağlı ölkə başçısına müraciət olunmuşdur. Üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.
Fərəcov sahibkarlara qənim kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır, həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da qazanır.
Belə neqativ, sahibkarlara qarşı qanunsuzluqlar etmiş məmurlar, icra başçıları tutduqları vəzifələrdən tezliklə çıxrılmalıdırlar: “İcra başçısı obrazı dəyişdirilməlidir. Bu tipli icra başçıları nə qədər tapşırsan da, bu adamlar xırda ticarətlə məşğul olan zehniyyətə sahib olduqlarından onlar üçün insan haqları, mülkiyyət maraqları anlayışları yaddır. Sadəcə, problemin dərinliyini, ölkənin iqtisadi durumunun yaxşılaşması üçün sahibkarların həlledici rollardan birinə malik olmalarını başa düşmürlər. Bu adamların yaranmış situasiyaya hazırlığı yoxdur.
Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Bütün bunların ardınca icra başçısı yoxlama şoku yaşayır. Belə ki, yoxlamaların təkcə Maliyyə Nazirliyi deyil, həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti faktının aşkarlandığına dair məlumatlar da var. Həmin məlumata görə, KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa İcra Hakimiyyətinin əliylə aparıldığını aşkarlayıb. Məlumatda vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa çalışsa da, buna imkan belə verilməyib. Yalnız o bildirilib ki, yeyinti nəticəsində dəymiş 6.427 min manat ziyan dövlət nəfinə geri qaytarılmalıdır. Bundan sonra icra başçısı və yaxınlarının sayəsində həmin pulun 1 milyon 500 min manata geri ödənilib. Qalan məbləğlə bağlı isə A.Xudadatovun şəhərdə pul yığdığı bildirilir. Bildirilir ki, Zakir Fərəcov qəfil başlayan bu yoxlamalardan çıxılmaz vəziyyətə düşüb. Məlumata görə, o, vəziyyətdən çıxmaq üçün bir neçə qapını döysə də, bunun heç bir xeyri olmayıb. Həmin qapılardan ona bildirilib ki, problemi özü həll etməlidir və ona heç bir köməklik göstərə bilməyəcəklər.

Cumhuriyyet.net