QHT sədrləri əsgərləri ziyarət ediblər

287

QHT sədrləri əsgərləri ziyarət ediblər

QHT sədrləri əsgərləri ziyarət ediblər“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumlu “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse prezidenti Ruhiyyə Poladova ilə birlikdə 877 saylı hərbi hissədə qulluq edən zabit və əsgərləri ziyarət ediblər.
Əsgərlərin asudə vaxtının səmərəli keçməsi üçün təşkil olunan konsert proqramında tamınmış incəsənət xadimi Manaf Ağayev, Pünhan Piriyev, Urfan bəy və digər həvəskar musiqiçilər iştirak ediblər.
Konsert proqramının təşkil olunmasında Ruhiyyə Poladovanın xüsusi əməyi hər kəs tərəfindən alqışlarla qarşılanıb.
“Ədalət yolu” qəzetinin baş redaktoru Lalə Həşimova media tərəfdaşı olaraq, tədbirdə yüksək səviyyədə iştirak edib. Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı əsgərlərin vətən uğrunda istər müharibə dövründə, istərsə də orduda misilsiz xidmətlərindən, onların vətənə, dövlətə və xalqa sonsuz sevgisindən söz açıb. Onlarla fəxr etdiyini bildirib.
Çıxışı ilə bəs kəsi göz yaşına bürüyən şəhid analarını və şəhid atasını əsgərlər bir neçə dəqiqə ayaq üstə alqışlayıblar.
Tədbirin sonunda 877 saylı hərbi hissənin komandiri
Emil Kamalov tədbir iştirakçılarını Fəxri Diplomla təltif edib.
#Bizbirlikdəgüclüyük

Fərid Səfərov
Birliyin mətbuat katibi
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər
QHT sədrləri əsgərləri ziyarət ediblər