Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”…

426

Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”…

Bir müddətdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, baş memar Adil Xudadatov barəsində gedən tənqidi silsilə yazıların ardı arası səngimir. Bu yazıların əsas mənbəyi və təşkilatçısı olan, haqqının və ədalətinin sözügedən şəxslər tərəfindən pozulmasını iddia edən iş adamı, “?” MMC-nin rəhbəri Müqayis Verdiyevdir. Müqayis Verdiyev iddia edir ki, uzun illərdir onun və ətrafında cəmləşən iş adamlarının və fəhlələrin halal zəhmətinin haqqı Zakir Fərəcov tərəfindən mənimsənilib. Biz Zakir Fərəcovun həyat yoluna, vəzifə yoluna yaxşı bələdik. Bu yerdə yazının sərlövhəsi olaraq səslənən “dinsizin öhdəsindən imansız gələr” kəlməsini elə-belə işlətmirik. Müqayis Verdiyev, neçə aydır neçə-neçə ziyalı qələm əhlinin inamına girib onların əməyini müsadirə etmisiniz. İki aydan çox idi gecə-gündüz, aramsız zənglərinizin ardı-arası kəsilmirdi. Bir-birindən tutarlı, savadlı yazılar tələb edirdiniz. İki aydan çox biz sizin şirin vədlərinizə, yalanlarınıza inanaraq sizdən fərqli olaraq, bizə tapşırılan işi çox layiqincə həyata keçirtdik. Bizə elə gəlir ki, sizin bizdən heç bir narazıçılığınız ola bilməz. Biz vicdanlı insanlarıq, verdiyimiz sözlərin arxasında güclü qələmimiz, idrakımız, intellektimiz, şərəfimiz və ləyaqətimizlə dayanırıq. Siz nə etdiniz?! Zakir Fərəcovdan çəkdiyiniz zəhmətin haqqını, pulunuzu tələb edirsiniz. Bəs özünüz niyə işlətdiyiniz insanların halal haqqını ödəməkdən boyun qaçırırsınız? Ortaya maddiyyət söhbəti gələndə zənglərinizin arası yox, özü birdən kəsildi. Düz 10 gündür sizdən səs-soraq yoxdur. Yalan vədləriniz bizə bizim hesabımıza mübarizə apardığınız Zakir Fərəcovu xatırladır. Zakir Fərəcov sizin pulunuzu vermir, siz də bizim. Çox gizlənəcəksiniz? Bizim səbrimizin də bir hüdudu var.

Davamı var…

İmza: Bir qrup aldatdığınız yazarlar.