ŞƏFALI ƏLLƏR VƏ XEYİRXAHLIQ NÜMUNƏSİ

751

ŞƏFALI ƏLLƏR VƏ XEYİRXAHLIQ NÜMUNƏSİ

Bu gün söhbət açacağımız insan sıradan bir şəxs deyil. Yüzlərlə, bəlkə də minlərlə xəstələri müayinə və müalicə edib normal həyata qaytaran, vətənpərvər həkim Medi Plus Klinikasının həkimi Rəşid Mahmudovdur. Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Nefroloq Dr. Rəşid Mahmudov üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Rəşid həkim həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Bu günədək həkim kimi fəaliyyət göstərən Dr. Rəşid Mahmudov ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Rəşid həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Rəşid Mahmudov bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Dr. Rəşid Mahmudov – Şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, xalqın sevimli loğmanı kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Rəşid həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.

Onu da xüsusilə qeyd etmək istəyirik ki, Dr. Rəşid Mahmudov şəhid ailələri, qazilərə və kimsəszilərə təmənnasız olaraq xidmət edir. Dövlət əhəmiyyətli tədbir və xeyriyyə aksiyalarında yaxından iştirak edir və əlindən gələn köməklikləri göstərir.

Müsahibimizin insanlara tövsiyyəsi:

Böyrək xəstəlikləri hansılardır?

Bədənimizdəki hər orqanda olduğu kimi böyrəklərimizin də bəzi xəstəliklərə tutulma riskləri vardır. İndiki vaxtda məlum olan bir neçə böyrək xəstəliyi vardır, bunlar;
Nefrit: nefronların iltihablaşması nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik böyrək çatışmazlığının meydana gəlməsində ən başlıca səbəblərdən biridir.
Böyrək daşları: sidik yollarında yaranan iltihab nəticəsində, əgər bir tıxanma olarsa, buradakı maddələr çökərək bədənimizdə böyrək daşlarını meydana gətirir. Bunun nəticəsində böyrək daşları, böyrəkdə ciddi mənada şiddətli ağrı və qanamalara səbəb olur. Bəzən bu xəstəlikdə sidiyin qanlı çıxdığı da müşahidə olunur.
Böyrək Xərçəngi: Böyrək xərçəngində orta yaş həddi və uşaq şişi olmaqla, iki cür şiş vardır. Orta yaş şişinə “renal hüceyrəli karsinoma” deyilir. Uşaq şişinə isə “vilms şişi” deyilir. Bu iki şişin əlaməti isə, sidiyin qanlı olması və qarındakı sancılı ağrılardır. Əgər şiş erkən diaqnoz edilsə müalicə şansı yüksəkdir.
Böyrək çatışmazlığı: Xroniki böyrək çatışmazlığı böyrəklərin tam olaraq, vəzifəsini yerinə yetirməməsi nəticəsində ortaya çıxır. Bu xəstəliyin olub olmadığını, qanımızdakı qreatini və sidiyi analiz etməklə öyrənmək mümkündür.


Böyrək xəstəliklərinin əlamətləri nələrdir?
Yuxarıda qeyd etdiyimiz böyrək xəstəliklərinin əlamətləri, digər xəstəliklər kimi özünü tez biruzə vermir. Böyrək xəstəliklərinin ümumi əlamətləri isə;
• Tez-tez sidiyəçıxma
• Nəfəs darlığı
• Qarın nahiyəsində davamlı ağrı
• Sidiyin qanlı gəlməsi
• Davamlı bulanma halı
• Sidiyə çıxa bilməmək
• Ayaq və əllərdə şişmə.

Əgər böyrək xəstəliyindən şübhələnirsinizsə, sidik analizi verərək, bu şübhələrdən xilas ola bilərsiniz. 6 aylıq proseslərdə aparılacaq sidik analizləri böyrək xəstəliklərinin erkən diaqnozunda çox əhəmiyyətlidir. Bu zaman müalicə edilmə ehtimalı daha yüksəkdir.
Böyrək xəstəliklərindən xilas olmaq üçün şəfalı bitkilərin faydası böyükdür. Şəfalı bitkilərdən istifadə öncəsi həkiminizlə məsləhətləşərək, təsdiqlədiyi təqdirdə əlavə bir müalicə üsulu kimi qəbul edə bilərsiniz.
Böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər bunlardır;
Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.
Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.
•Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur.
Gicitkan: Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir.
Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.
• Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.
• Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur .
Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.

Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsindən ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miqdarının, rənginin pozulması, ödemlər, baş ağrıları, baş gicəllənməsindən şikayət edirlər. Bəzi xəstələr isə görmənin zəifləməsi, ürək nahiyyəsində ağrı, təngnəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma, hərarətin yüksəlməsindən narahat olurlar.

Bəzən əlamətlər uzun illər xəstələri narahat etmir. Belə halda xəstələrdə tədricən böyrəklərin büzüşməsi baş verir və ancaq xroniki böyrək çatışmazlığının aşkar kliniki əlamətləri meydana çıxdıqda xəstə həkimə müraciət edir.

Böyrək xəstəlikləri zamanı ağrının lokalizasiyasının təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Böyrək mənşəli ağrılar əsasən bel nahiyyəsində, qabırğa altı sahədə olur. Sidik axarının patoloji dəyişiklikləri zamanı ağrılar sidik axarı boyunca qarının aşağı yan hissəsində baş verir. Sidik axarının patolojiyalarında ağrılar bel və bud nahiyyələrə də vurur.

Böyrək ağrıları birtərəfli və ikitərəfli ola bilir. Xarakterinə görə ağrılar küt və sançılar şəklində, vaxtaşırı və daimi ola bilir.

Böyrək nahiyyəsində küt ağrılar kəskin qlomerulonefritdə, kəskin pielonefritdə, paranefritdə, ürək dekompensasiyasında, böyrək xərçəngingə olur.

Sancışəkilli ağrılar böyrəkdaşı xəstəliyində, sidik axarının qan laxtası və irinlə tutulması zamanı, yaxud patoloji hərəkətli böyrəyin sidik axarının bükülməsi nəticəsində meydana gəlir.

Böyrək sancısı birdən-birə böyrək nahiyyəsində kəskin, bəzən tədricən başlayaraq getdikcə şiddətlənir, bir-neçə saatdan tutmuş, bir-neçə günə qədər davam edə bilir. Adətən böyrək sancısı gəzdikdən və ya avtomobillə hərəkət etdikdən sonra baş verir.

Böyrək sancısı adətən birtərəfli olub, böyrək nahiyyəsindən başlayaraq qarın, qasıq və bud nahiyyəsinə, cinsiyyət orqanlarına vurur. Böyrək sancıları zamanı xəstə ağrının şiddətindən yataqda müxtəlif vəziyyətlərdə oturmağa çalışır. Sancılar baş verdikdə xəstədə ürəkbulanma, qusma baş verir, xəstənin nəbzi tezləşir, temperatur bəzi hallarda qalxır. Böyrək sancısının baş verməsinə böyrək ləyəninin və sidik axarının daşları, böyrək sallanması, hidronefroz, böyrək vərəmi, xərçəng və pieloinefrit ola bilir.

Böyrək xəstəlikləri zamanı xəstəliyə diaqnoz qoymaq üçün kompyuter tomoqrafiyasının, USM və labotator müayinələrin nəticələri əsas götürülür.

Müalicə əsasən həkim tərəfindən aparılır. Böyrək xəstəlikləri zamanı xalq təbabəti vasitələrindən də geniş istifadə edilir, xəstəyə isti vanna edilir və isitqac qoyulur.

Hər xəstəliyin forma və dərəcəsinə görə müalicəsi spesifikdir.

  • Böyrəyin iltihabi xəstəlikləri ilə mübarizədə antibiotiklər, virusəleyhinə, qeyri-sterioid iltihab əleyhinə preparatlar təyin olunur.
  • Kasa-ləyən sisteminin mexaniki genişlənməsi, yəni böyrək daşı zamanı litotripsiya (daşın lazerlə parçalanması) və ya bir neçə gün isti vanna qəbulu, ağrıkəsici preparatlar, qeyri-steroid dərmanlar, kanal genişləndiricilər məsləhət görülür.
  • Böyrək çatışmazlığında dializ, ağır formada böyrək transplantasiyası həyata keçirilir.
  • Nefroptozda xüsusi gimnastika, sallanmanın dərəcəsi yüksək olduqda isə cərrahi əməliyyat göstəriş sayılır.

Xülasə

Böyrək xəstəlikləri əslində müalicəyə tabe olan patologiyalardır. Ağırlaşma baş vermədən tədbir görüldükdə prosesin geriyə sorulmasına nail olmaq mümkündür. Böyrəklərin orqanizmdə çox önəmli vəzifə daşıdığını nəzərə alaraq, bu tip xəstəliklərə laqeyd yanaşmamağı tövsiyə edirik.

 

Nefroloq Dr. Rəşid Mahmudov

Medi Plus Klinikası

 

 

Dr. Mahmudov Rəşid müayinələr üçün sizi gözləyir. Sağlamlığınızı qorumaq üçün endrimli qiymətlərdən sizdə yararlanın.

Nefroloqun müayinəsi

  • Qanın ümumi analizi
  • Sidiyin ümumi analizi
  • Kreatinin
  • Qalıq azot
  • Sidik cövhəri
  • UZM – uroloji ( böyrəklər, sidik axarı,

sidik kisesi, prostat vəz)

Müayinə üçün əlaqə saxlayın.

Tel.012 434 59 36

055 252 45 94

055 783 00 17 whatsapp