“Tobol” klubunun erməni baş məşqçisi Qriqori Babayan Azərbaycan yığmasının qapıçısı Emil Balayevlə bağlı qərar verib.
“Qafqazinfo”nun məlumatına görə, çalışdırıcı millimizin qolkiperini təlim-məşq üçün olan heyətə daxil edib.
Balayev komanda ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışa yollanacaq.
Qeyd edək ki, Qriqori Babayanın gəlişindən sonra E.Balayevin “Tobol”dan ayrılacağı iddia olunurdu.