“Efirdə danışdıqlarıma görə “Ənkə” məni öldürəcək” — 12 yaşında ana olan Aysun

749

14 yaşlı Aysunun 2 il əvvəl, yəni 12 yaşında ana olması medianın gündəmini zəbt edib. Doğma valideynlərini axtarmaq üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına çıxan yeniyetmə 2018-ci ilin fevral ayında uşaq dünyaya gətirib. 12 yaşından bəri adını paytaxtın gecə klublarının birində fahişəliyə cəlb edilən yeniyetmə dəfələrlə qaçsa da, “Ənkə” ləqəbli İsmayıl adlı şəxs onu tapıb və döyərək geri qaytarıb.

“Ölkə.Az” baku.ws-ə istinadən xəbər verir ki, Aysun hazırda adıçəkilən şəxs tərəfindən təhdid olunduğunu deyir:

“Uşaq doğulandan sonra mənə dedilər ki, uşaq ölü doğulub. Mən bioloji valideynlərimi axtarmaq üçün efirə çıxandan sonra bu uşağı mənə göstərib dedilər ki, sənin uşağındır. İsmayıl məni hədələyir, deyir ki, efirdə bizim haqqımızda danışsan səni də, uşağını da öldürəcəm, yer üzündən siləcəm”.
Qeyd edək ki, Aysun atılmış uşaqdır. 4 aylığında bir ailəyə övladlığa verilib. 11 yaşında valideynlərinin doğma olmadığını öyrənib və tez-tez evdən qaçmağa başlayıb.

12 yaşı tamam olanda sosial şəbəkədə tanış olduğu 20 yaşlı qız onu gecə klublarının birinə ofisiant işinə düzəldib. İşə başlayanda vəzifəsinin tam fərqli olduğunu başa salıblar. Aysun dəfələrlə oradan qaçsa da, onu tapıblar və döyərək geri qaytarıblar. Ona saxta şəxsiyyət vəsiqəsi düzəldərək bir neçə dəfə Türkiyəyə aparıblar. Bir müddətdən sonra İsmayıl adında 25 yaşlı gənclə tanış olub, onunla bərabər yaşamağa başlayıb. Yenə də gecə klublarında işləyib. Sadəcə başqa gecə klubunda. Aysun hazırda həmin İsmayılla da əlaqəsini olmadığını deyir.

Yeniyetmə qız aparıcının suallarını qorxa-qorxa cavablandırıb və bir neçə dəfə çox qorxduğunu deyib.

X.Hidayətqızı Aysunun bütün söylədikləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib.