Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları yoldaşlıq görüşü keçirəcək.
“Ölkə.Az” baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “TRT Spor”a danışıb.
Yığmalar arasında matç gələn il mayın 26-da baş tutacaq. Qarşılaşmanın Antalyada keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, Türkiyə yığması Azərbaycandan başqa iyunun 1-də Xorvatiya, iyunun 4-də isə İrlandiya ilə qarşılaşacaq.