“Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirib.
“Ölkə.Az” xəbər verir ki, təmsilçimiz Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşıb.
Hətəyə 1 qol vuran komandalar matçdan 1:1 hesablı bərabərliklə ayrılıblar.
Bu nəticədən sonra “Qarabağ” xalını 5-ə çatdırıb və qrup mərhələsini 3-cü pillədə başa vurub. “Düdelanj” isə 4 xalla sonuncu yerdə qərarlaşıb.
“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) – 1:1
Qollar: Buqren, 63 (0:1), Qeye, 90+1 (1:1)
Qırmızı vərəqə: Qara Qarayev, 46 – ikinci sarı vərəqə (“Qarabağ”)