22.09.2019-cu il tarixdə “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyi və “Mərhəmət Elçisi” jurnalının əməkdaşları Rusiya Federasiyası Şimali Qafqaz Regionunun Çeçenistan Diasporunun rəhbəri, “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin Rusiya nümayəndəsinin rəhbəri Şahin Əmirxanovla və Qazaxıstan Dünya Azərbaycanlılarının Konqresinin sədri Araz Xudiyev görüşdə iştirak etmişdilər. Görüşdə klubun inkişafı, görüləcək işlər və tədbirlər haqqında müzakirələr olmuşdur.
Tədbiri giriş sözü ilə “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin sədri, “Mərhəmət Elçisi” jurnalının təsisçi-direktoru Tahirə xanım İsmayılova açaraq klubun bir il müddətində gördüyü işlər haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Klubun Rusiya nümayəndəliyinin rəhbəri, “Mərhəmət Elçisi” jurnalının Rusiya üzrə nümayəndəsi Şahin Əmirxanov çıxış edərək klubun fəaliyyətini genişləndirilməsi naminə MDB ölkələrində gələcək perspektiv planların həyata keçirilməsində və müvafiq qurumlarla iş aparılmasında səlahiyyətli şəxslərlə aparacağı işlər barədə məlumat verdi. Klubun baş katibi Çingiz Qurbanov gələcək plan və layihələr haqqında tədbir iştirakçılarına məlumat verərək çıxış etdi. Klubun MDB ölkələrində faəliyyətinin genişləndirilməsi üçün klubun baş katibi Çingiz Qurbanova həvalə olundu.
Sonda klubun bütün fəaliyyətini Azərbaycanımızın inkişafına və Heydər Əliyev ideyalarının həyata keçirilməsi naminə səy və bcarığımızı əsirgəməyəcəyik.
Bu şüar həmişəlik klubumuzun şüarıdır.
Hazırladı: Fərid Səfərov
“Mərhəmət Elçisi” jurnalının məsləhətçi-dizayneri