BİA.az Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Altıncı yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının 5 üzvü mübarizəyə başlayıb.
Güləşçilərimizdən yalnız Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsindən yarışa start verib. O, moldovalı Anatoli Popovu 1 dəqiqə 31 saniyəyə məğlubiyyətə uğradıb – 9:0.
Digər təmsilçilərimiz isə ilk sınaqlarına 1/8 finalda çıxıblar. Kamran Məmmədov (67 kq) danimarkalı Fredrik Holmquist Byerrehuusu 5:0 hesabı ilə üstələyərək, 1/4 finala adlayıb.
97 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev yarışa 1/8 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi ermənistanlı Artur Şahinyan olub. Orxan rəqibini 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.