“Çox şadam ki, təmaslar davam edir”- ABŞ səfiri

663

"Çox şadam ki, təmaslar davam edir"-ABŞ səfiri

BİA.az “Mən çox şadam ki, tərəflər arasında təmaslar davam edir və növbəti görüşün vaxtı təyin olunub”.

Bunu ABŞ Azərbaycandakı səfiri Erl Litzenberqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara münasibət bildirərkən deyib.

“Həmsədrlərin məqsədi tərəflərin bir araya gəlib, onları bir-birindən aralı salan fikir ayrılıqlarının üzərində işləyərək irəli getməsi üçün lazımi mühitin, şəraitin yaradılması və dəstəyin göstərilməsidir”, – deyə E. Litzenberqer vurğulayıb.

Diplomat qeyd edib ki, məqsəd sülhə nail olmaqdır: “Bu mesaj özü də bir bəşəri, sərhədləri, xalqları aşan mesajdır”.