İlham Əliyevlə zəfərə gedən yol

254

İlham Əliyevlə zəfərə gedən yol

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.

Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı “Əsrin müqaviləsi” milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş, Qərb ölkələri ilə daha sıx birləşdirir. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun   bərpası,   TRASEKA   nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi .mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Bu təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.

Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.

Ümummilli liderimiz HeydərƏliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobaliaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdiriiir.

Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam…”. Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Azərbaycan xalqı əsrlər boyu keşməkeşli tarix yaşamışdır. Bu xalq həmişə güclü, döyüşkən, əzmkar olmuşdur. Düşmən qarşısında əyilməmiş, başını dik tutmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, dünya şöhrətli lider, Müzəffər Ali Baş komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 44 günlük Vətən müharibəsində bunu sübut etdi. Mərd qorxmaz oğul yetişdirən analar ağlamadı, Vətən sağ olsun dedi! Babəklər, Cavanşirlər, Tomrislər yetişdirən Azərbaycan öz adını tarixə qızıl hərflərlə yazdı. Düşmənə sübut etdi ki, bizim güclü ordumuz, sözü və əməli bir olan Prezidentimiz var. Biz yumruq kimi birləşmişik. 2020-ci ilin yekununda xalqımız öz adını tarixə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.

Ermənistanın  30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədaləti bərpa etdik. Şanlı qələbəmiz xalqımızın güclü, əzmkar olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. 44 gün ərzində Ermənistan ordusu darmadağın  edildi, diz çökdürüldü. Məcbur olub 10 noyabrda kapitulyasiya aktına imza atdılar. Bu dövlətimizin uğurudur. Bu qələbə tarixdə əbədi qalacaq. Biz gücümüzü dünyaya göstərdik, işğal olunmuş torpaqlarımızı azad etdik. Hüquqi sərhədlərimiz bərpa olundu.

Prezident İlham Əliyev sülhməramlılar qarşısında məsələ qoymuşdur. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa səfər edə bilməz. Belə hallar baş verərsə, cavab verməyə hazırıq.

2020-ci ilin yekunlarında aparılan kadr islahatları da müsbət qarşılanır. İlham Əliyev qeyd etmişdir ki, heç kim qanundan üstün deyil. Heç kim üçün xüsusi status, imtiyaz  yoxdur.

2020-ci ilin iqtisadi yekunlarına görə Azərbaycan digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb. Kənd təsərrüfatı 2% artıb, neft vəsaiti azalmayıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib.

TAP-ın istismara verilməsi Azərbaycan qazının ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir.

Koronavirus bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan da şərəflə çıxdı. Yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Koronavirus xəstələrə qulluq edən həkimlərin maaşı artırıldı. Qeyri-formal çalışan və işsiz vətəndaşlara yardımlar edildi.

Müharibə dövründə dağıdılmış və ziyan dəymiş bütün sahələrin bərpası üçün vəsait ayrılmışdır. Bir sözlə, azad edilmiş torpaqlarımızda quruculuq işləri artıq həyata keçirilir. Əbədi və əzəli Qarabağımız cənnətə çevriləcək.

Möhtərəm İlham Əliyev qürurla demişdir: “Vahid Azərbaycan dövləti bundan sonra uğurla , inamla inkişaf edəcəkdir”.

 

Dilarə xanım

AHİK-nin Göygöl rayon sədri