TARİX YAZAN SƏRKƏRDƏ

271

TARİX YAZAN SƏRKƏRDƏ

Abşeron, Sumqayıt Xızı bölgə qazisi Hacı Rauf Sərdarov: 2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı, 44 günlük Vətən savaşı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi.  Bu qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi.  Azərbaycan Ordusunun nəzarəti altına keçən rayonda Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən dövlət başçımız Ağdam ra¬yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib.
Ali Baş Komandan müraciətində Ağdamın azad olunması xəbərini xalqa böyük qürur hissi ilə çatdıraraq vurğulamışdır ki, “Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yad¬daşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şan¬lı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bun-dan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqla¬rına qaytaraq”. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik deyən cənab prezident vurğulamışdır ki, “Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi  bu torpaq¬lara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq”.
Ağdam heç vaxt düşmənə baş əyməmiş, Birinci Qarabağ müharibəsində  çoxlu  şəhid verərək sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bu gün doğma Ağdamımızın bir güllə də atmadan, bir nəfər də şəhid vermədən qayıtması əlbəttə ki, Azərbaycan ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Azərbaycan Prezidenti xalqa müraciətində Ağdamda, eləcə də işğal altında saxlanılan digər şəhər və qəsəbələrimizdə, kəndlərimizdə tarixi-mədəni irsimizin silinməsi, abidələrimizin erməniləşdirilməsi, məscidlərimizin dağıdılması, yeni xəritələrin tərtib edilməsi barədə ətraflı məlumat vermişdir.
Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma torpağından qaçqın və köçkün vəziyyətinə düşmüşdür, xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə-yeksan ediblər.
Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Elə bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisəsi aşkar olunub. Belə ki, ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.Erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib.
Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı.Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib.
Bəli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu.  Bu qələbə, bu uğur dövlətimizin başçısının praqmatik, düşünülmüş və müdrik siyasətinin məntiqi nəticəsidir.
Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti hər zaman onların yanında olacaqdır. İnşallah, hər haqq-ədalət Azərbaycanın tərəfində olacaq.
İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Zəfər gününüz mübarək!

Sərraf Tağıyev

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi