Qəhrəman İmişli rayonunda meşə ərazisini satıb, özünə dəb-dəbəli həyat qurmaqla məşğuldur? – İDDİA

203

Qəhrəman İmişli rayonunda meşə ərazisini satıb, özünə dəb-dəbəli həyat qurmaqla məşğuldur? – İDDİA

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizimlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, meşə ərazisini ekoloji cəhətdən çirklənirməsi və bütün ərazidəki  bitki örtüyünün kökünü kəsməklə təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır.

Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata əsasən İmişli rayonu meşələrinə qənim kəsilən və özüdə deyilənə görə meşə ərazisinə nəzarət edən meşə sahə müvəkkili işində çalışan Qəhrəman adında dövlət məmurudur.

Beynəlxalqinformasiyaagentliyi.az xəbər portalıba daxil olan məlumata əsasən Qəhrəman adlı bu insan Allahın bizə bəxş etdiyi təbii nemətlərimiz, meşə zolaqlarını sataraq (güya müqavilə yolu ilə) məhv etməklə məşğuldur. İmişli rayonunun Xoşcpbanlı, Mürsəlli və Murquzalı kəndləri ərazisindəki meşə təsərrüfatına aid olan hissəsini sataraq, orada nar ağacları ilə birgə bostan sahəsi də yaratmışlar. Təsərrüfatla məşğul olmaq və kəndlinin yetişdirdiyi kənd məhsullarını bazara çıxarılması təqdirəlayiq addımdır. Lakin, meşə zolaqlarında ekoloji cəhətdən xas olmayan, təbii bitki örtüyünün məhv olması heçdə yaxşı hal kimi qiymətləndirilmir. Qəhrəman adlı bu məmur özünün şəxs mənafeyindən ötrü təbiətimizi məhv etməklə,  ekologiyamıza ciddi ziyan vurur.

Meşə ərazisində bu cür halların baş verməsi, meşədə yanğınlara yol aça bilər.  Yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, elecə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır.

Qəhrəman adlı bu şəxs təbii sərvətimizi satıb özünə ev tikməklə, özünün güzəranını yaxşılaşdırılması ilə məşğuldu. Dövlət büdcəsinə və dövlətə ciddi ziyan vurur.

Redaksiyamız vasitəsi ilə aidiyyatı qürumlardan xahiş edirik ki, yuxarıda adı çəkilən İmişli rayonunda meşə ərazisinə baxış keçirib, bu barədə redaksiyamızı da məlumatlandırsınlar. Əks halda bəzi ünsürlər meşələrimizi qırmaqla insan həyatının məhvinə çalışırlar.