“KƏPƏZ” kafe, otel, yoxsa fahişəxana?

171

“KƏPƏZ” kafe, otel, yoxsa fahişəxana?

Müşahidə etmisinizsə, Bakıda otel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.  İnsanlar bir gecəlik və ya bir neçə saatlıq istirahət etmək üçün , öz məşuqələri ilə birlikdə həmin kafelərə üz tuturlar. Həmin kafelər hansı rayonun ərazisində yerləşirsə onların fəaliyyətindən də həmin rayonun polis idarələrinin rəisləri və əməkdaşları sozsüz ki, xəbərsiz deyillər.

Bu gün söz açacağımız kafelərdən biri də Bakının NZS adlanan yerdə “KƏPƏZ” kafesidi. Araşdırmalar aparan məlum oldu ki, bu kafeni işlədən adam dillərdə dırnaqarası əzbər olan Şəfiqə adlı qadındır. Mətbuatdan izləmiziszə Şəfiqə “LEON” adlı məkanı da işlədən adamdı. Zalım qızı elə bil Azərbaycan xalqına düşmən kəsilib, əxlaqsız yuvaları yaradaraq fahişəliyi təbliğ etməklə məşğul olur.

İş vaxtından sonra, ələlxüsus da həftənin şənbə və bazar günləri həmin kafelərin həyəti maşınlarla dolu olur. Əlbəttə, həmin kafelərin sahibi Şəfiqə harasa, kiməsə “haqq” verir ki, əxlaqsızlıq yuvasına çevirdiyi bu məkanlara dəyib, toxanan olmasın. Yada ki, özləri dövlətin müəyyən qatında yüksək vəzifə sahibidirlər.Ona görə də polis həmin obyekti “vura” bilmir. Baxmayaraq ki, belə məkanlar paytaxtın tam ortasındadır, amma ki, kafenin rəhbəri Şəfiqə qurd ürəyi yeyərək məkanı əxlaqsız yuvasına çevirmişdir.

Kafe adı altında “HƏRƏMXANA” sayılan “KƏPƏZ”  kafesində açıq-aşkar insan alveri ilə məşğul olurlar. Bunun üçün də kafeyə giriş etmək kifayət edir. Ondan sonrasını özünüz şahidi olacaqsınız ki, bu kafedə nə hoqqalardan çıxırlar.

Yaxşı, tutaq ki bu kafeni kimsə himəyadarlıq edir, bəs hüquq-mühafizə orqanları hara baxır? Niyə bu məkanlar haqqında ciddi tədbir görmürlər. Axı, biz demokratik, qanuni, müstəqil dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqları Konstitusyamızın qanunları ilə qorunur.  Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun.
Kafenin nümayəndəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bizə cavab verən olmadı.

P.S. Hörmətli oxucular “KƏPƏZ” kafesindən daha şok faktlarla daha sonra nəzərinizə çatdıracağıq. Bizi izləyin…