Sakinlər od püskürdü: “Əsl sahibi gözəgörünməz, idarə edəni isə Rauf Şirəliyev adlı şəxs olan “8 km bazarı” ətrafda yaşayan biz sakinlərin dinc həyatına zəhər qatmaqdadır…”

173

Sakinlər od püskürdü: “Əsl sahibi gözəgörünməz, idarə edəni isə Rauf Şirəliyev adlı şəxs olan “8 km bazarı” ətrafda yaşayan biz sakinlərin dinc həyatına zəhər qatmaqdadır…”

…Adı gerçəkdən tarixə düşən və sonuncu dəfə yandırılmasından təxminən 12 il keçən, “Vosmoy bazarı” kimi tanınan “8-ci km Ticarət Mərkəzi” ASC ətrafında müəmmalar səngimir. 30 ildən çoxdur Nizami rayonunun Naxçıvanski küçəsi ərazisində salınmış bu bazar artıq faktiki olaraq həmin küçə boyu bütün əraziləri əhatələyib.

Ərazidə yaşayan sakinlərin isə demək olar dincliyi yoxdur, bazarın yan-yörəsindəki yaşayış binalarında yaşayan sakinlər gündüzlər metorunun “Xalqlar dostluğu”-”Neftçilər” stansiyalarını birləşdirən Q.Qarayev prospektində tıxaca düşən maşınların siqnallarından, səs-küyündən dincliyini itirbsə, gecədən başlayan bazar hay-küyü də bu biri tərəfdən əhalinin dincliyini əlindən alıb.
“Təzadlar”a Naxçıvanski küçəsində yaşayan sakinlərin adından geniş şikayət məktubunu həm də Prezident İlham Əliyevə ünvanlı yazıb. Şikayətçi məktubunun əvvəlində redaksiyaya ünvanlı kiçik bir qeydini də yazıb: Zibillərin vaxtaşırı yığılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması, bazarətrafı küçə ticarəti və daha nələr bazarın əsas problemlərindəndir. Bunun acısını isə ərazidə yaşayan sakinlər və bir də bazara üz tutan alıcılar çəkir. Nə təmizliyə əməl edən var, nə də ətrafa dağılan zir-zibili, qida qalıqlarını təmizləyən. Üfunətdən bazar ətrafına yaxınlaşmaq mümkün deyil. Havaların qızmasını nəzərə alsaq, o zaman yaxın günlərdə mənzərənin hansı durumda olacağını təsəvvür etmək heç də çətin deyil.

Havalar qızdıqca, yay aylarında bazar ətrafında vəziyyət daha da dözülməz olur.

Rəhbərliyin yaranmış vəziyyətə laqeyd münasibətinin əziyyətini isə sadə insanlar çəkir.

“Vosmoy bazarı” bir qrupa qazanc, yüz minlərlə sakinə isə acı həyat bəxş etməkdədir…”

Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da bizə cavab verən olmadı.

(Davamı var)