Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci rüşvət yuvasına çevrilməkdə ittiham edilir?

251

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində şıdırğı alver gedir, tələbələr isə rüşvət bataqlığında çabalayır.
Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, saxta diplom qalmaqalları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin bir qrup tələbəsi təhsil aldıqları bu müəssisədə rüşvət yığımlarının durmadan artdığını iddia edirlər. Planet.com.az xəbər verir ki, bu haqda Şirvanda olan bir neçə valideyin və tələbə şikayət edib.
Adlarının açıqlanmasını ona görə istəmirlər ki, sonra Bərxudar Bərxudarov onlara göz verib, işıq verməyəcək. Hətta, hər an uşaqlarımızı şərləyə də bilərlər. Şikayətçilər iddia edirlər ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci ssesiya imtahanları ilə bağlı “taska” müəyyənləşdirlib. Hər ayda tələbələrdən yığılan rüşvət şöbə müdirlərin siyirməsinə toplanır və oradan da direktor Bərxudar Bərxudarovun kassasına. Sonra isə pay bölgüsü başlanır. Valideynlər bildirir ki, şöbə müdirləri dərimizi soymaqla yanaşı həm də övladlarımızı hər gün hədələyirlər ki, kim pul verməyibsə kollecdən qovulacaq. Burdan görünür ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ölkə rəhbərinin göstərişi ilə ölkədə aparılan Korrupsiya və rüşvətxorluqa qarşı mübarizə tədbirlərindən hələ də məlumatlı deyillər. Valideynlər iddia edir ki, harasa şikayət edəcəkləri halda tələbə kollecdən qovulacaq hədə qorxusu gəlinir. İnanırıq ki, məsələ ilə bağlı Təhsil Nazirliyi və hüquq-mühafizə orqanları araşdırmaya başlayaraq ictimaiyyətə məlumat verəcəklər.

P.S. Kollecinin direktoru Bərxudar Bərxudarovla əlaqə saxlayıb qarşı tərəfin fikrini öyrəmək istədik, əvəzində  Bərxudar müəllim açıq şəkildə bildirir ki, kimsə mənə heç nə edə bilməz. Çünki mən hər yerin – Nazirliyin, Prokurorluğunun və digər qurumların haqqını vaxtlı-vaxtında verirəm. Elə danışırsınız ki, guya hansı ölkədə yaşadığınızı bilmirsiniz.
Redaksiya olaraq inanırıq ki, aidiyyatı qürumlar Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində uzun zamanlar kök salmış bu rüşvətxorluq bataqlığını qurudub təhsil ocağında yeni kadr islahatı aparacaq.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.