Azərbaycan tarixinə qızıl hərflərlə yeni şanlı səhifələr yazan lider

92

Azərbaycan tarixinə qızıl hərflərlə yeni şanlı səhifələr yazan lider

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalından azad etdi. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır. Cənab Prezidentin qətiyyətli siyasi mövqeyi, Azərbaycan xalqının birlik və həmrəyliyi, Azərbaycan Ordusunun gücü və qüdrəti, Azərbaycan əsgərinin igidliyi, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan qələbə 2020-ci ili müasir müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazdı. İndi Azərbaycan xalqını böyük abadlıq-quruculuq işləri gözləyir. Xalqımız cənab prezidentin rəhbərliyində dağıdılmış, talan edilmiş Qarabağı bərpa edəcək, Qarabağ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Müzəffər Ali Baş komandan! Sizə 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində qazanılan Şanlı Qələbə münasibətilə dərin minnətdarlığımızı bildiririk. Bu böyük qələbə Sizin apardığınız məqsədyönlü daxili və xarici, iqtisadi və hərbi-texniki siyasət, diplomatiya və informasiya cəbhələrində əldə etdiyiniz uğurlar sayəsində mümkün olunmuşdur. Siz xalqımızın əzilən qürurunu, mənliyini özünə qaytarmaqla Azərbaycan tarixinə qızıl hərflərlə yeni şanlı səhifələr yazdınız. Bu səhifələr Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bütövlükdə iqtidar-xalq-ordu birliyinin nəticəsində əldə olunan bu tarixi qələbə xalqımızın gələcəyi üçün elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ön sıralarda yer alacaq. Siz 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarımızı mənfur düşmənin işğalından azad etməklə bizə elə böyük xoşbəxtlik bəxş etdiniz ki, bunu sözlə ifadə etmək mümkün deyil.

Biz Sizə güvənirik, Sizinlə fəxr edirik. Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti daim dəstəkləyəcəyik.  Xalqımızın rifah, inkişaf və tərəqqisinə yönəlmiş bu yolda cənab prezidentə can sağlığı, tükənməz güc və enerji, yeni uğurlar arzulayıram!

Sizi 60 illik yubileyiniz münsibətilə səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirəm. Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!  Sizin kimi adil, qətiyyətli Prezidentimiz olduğu üçün hər gün Allaha şükür edirik. Əminik ki, Sizinlə Azərbaycanı daha gözəl, bəxtiyar günlər gözləyir.

Sizə rəğbətim, sevgim sonsuzdur. 100 yaşayın, mənim əziz Prezidentim.

Məhərrəm Novruzov

“Qurtuluş-93” MMC-nin rəhbəri