44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı

104

44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı

Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Prezidentin xalqa müraciəti bitər-bitməz paytaxt sakinləri küçələrə çıxaraq şanlı qələbənin sevincini, qürurunu bölüşdü. Tezliklə bütün Azərbaycan bayram əhvali-ruhiyyəsinə qərq oldu. Müxtəlif bölgələrdə yaşayan sakinlər meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. 10 noyabr səhəri Azərbaycan xalqı üçün qələbə müjdəsi ilə açıldı. Gün boyu xalqın zəfər yürüşü, şadyanalığı davam etdi. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında şükranlıq borclarını yerinə yetirdi.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi,  Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq…
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm, cənab Prezidentim!  Allah Sizin kimi igid, cəsur, xalqını sevən Prezidenti başımızın üstündən əskik etməsin. Bu gün 10 milyon insanın ürəyi Sizinlə döyünür, Müzəffər Ali Baş Komandan. Allah Sizi bizə çox görməsin. Xalqımız Sizinlədir. Azərbaycanın yenilməz sərkərdəsi cənab İlham Əliyevə eşq olsun! Ürəyində, damarlarında azərbaycanlı qanı axan Azərbaycan vətəndaşı kimi Sizinlə qürur duyuram. Fəxr edirəm ki, biz azərbaycanlıların belə məğlubedilməz, yenilməz Prezidenti var. Çünki Siz bizə   30 il həsrətində olduğumuz torpaqlarımızı geri qaytardınız. Azərbaycanı bütün dünyada qüdrətli və güclü bir dövlət kimi tanıtdığınız üçün Sizə, cənab Prezident, bir daha təşəkkür edirəm. Sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi mökəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir.

Döyüş meydanında uğurlarımızın miqyası o qədər böyük oldu ki, Azərbaycan heç vaxt hərbi sahədə belə böyük Qələbə qazanmamışdı. Bizim bu qələbəmizin əsas səbəbkarı  Azərbaycan xalqının yenilməz sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevdir. Müzəffər Ali Baş komandan, sizi 60 illik yubileyiniz   münasibətilə səmimi qəlbdən təbrik edirəm.  Bir  yumruq kimi birləşərək həmişə sizi dəstəkləyəcək,  bundan sonra da sizin  köməyiniz, dayağıniz olacağıq. Mən qürur  duyuram ki, sizin kimi  Prezidentimiz var. Yaşa Ali Baş Komandan, həmişə var ol!!!

Vəzir Həsənov

Sumqayıt Gömrük İdarəsinin rəisi