Ucarda arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərilib

27

14.04.2021-ci il tarixdə Ucar rayonu, Qarabörk kənd sakini 1985-ci il təvəllüdlü Validə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Ucar rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Qasım Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilmiş və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.