Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sərraf Tağıyev dövlətçiliyimizə və səhiyyəmizə töhfə verən sadiq şəxslərdəndir

158

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sərraf Tağıyev dövlətçiliyimizə və səhiyyəmizə töhfə verən sadiq şəxslərdəndir

Bu günlərdə yolum Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına düşmüşdü. Əslində mənə daim yaxın olan şəxsiyyətinə böyük hörmət etdiyim həmkarım “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu. Mən də onu ziyarətə getmişdim. Xəstəxana personalının səmimiyyəti, mehriban münasibəti məni sevindirdi. Xəstəxananın baş həkimi Sərraf Tağıyevlə qısa ayaqüstü bir söhbət etdik.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sərraf Tağıyev Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və dövlətimizi, dövlətçiliyimizin mənafeyini dəstəkələyən insanlardan biridir.  Sərraf həkimlə həmsöhbət olduq və həkimin dediklərindən:
-Qədimdən həkim andı kimi məlum olan “Hippokrat andı” bu gün də biz həkimlərin müqəddəs andı sayılır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir. Həkim, sənətinizin ağır və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşədə uğur qazanmaq üçün mütləq gördüyün işin aşıqı olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik.
Həkimlik son dərəcə çətin və vacib peşədir. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur…
Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Əlbəttə, bu prosesdə həkimlər təmanna umurlar, ummalıdırlar. Lakin, həkimlikdə özündə mütləq sosial məsuliyyətləri birləşdirməlidir. Həkimlikdə əsas hədəf xəstə sağlam vəziyyətə gətirmək olmalıdır… Əlbəttə, bu gün bəzi “həkimlər” bu peşəni “qəssablıq”la eyni edib, amma düşünürəm ki, zaman keçdikcə bu məsələ tamamiylə öz həllini tapacaq. Yaxşı həkimlərə hörmətlə yanaşılacaqdır.
“Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Bu, həqiqətən də belədir.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası insanların sağlamlığına xüsusi diqqət yetirir, hər bir xəstəyə diaqnoz qoyarkən necə deyərlər, yüz ölçüb, bir biçirlər. Bəlkə ona görədə bu gün Sərraf həkimin başçılıq etdiyi xəstəxana başqa xəstəxanalardan fərqlənir. Xəstəxanada çalışan bacarıqlı, savadlı həkimlər çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Buna görə də Xaçmaz Rayon Mərkəzi Xəstəxanası dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası xəstələrin sağlamlığı keşiyində ürəklə dururlar. Xəstəxana personajın əsas vəzifəsi xalqımıza layiqincə xidmət etməkdir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası dövlət tərəfindən müasir avadanlıqlarla təchiz olunmuşdur. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası çoxprofillidir, pasientlərə stasionar xidmət də göstərilir. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir.
Həkim Sərraf Tağıyevlə sözün əsl mənasında yaxşı müsahibdir. Onunla hər sahədə danışmaq və mübahisə etmək mümkündür. O, həm söhbətcil və eyni zamanda sözün həqiqi mənasında yaxşı həkimdir.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan həmkarım deyilənləri təsdiqlədi. Həmkarım Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkimlərin şəfalı əllərindən danışdı, Ona necə mehriban münasibət bəslədiyini, onunla necə yaxından maraqlandığını dedi. Həkimlərə daim şəfalı əllərinin var olmasını arzuladı.
Biz də öz növbəmizdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sərraf Tağıyevə işlərində uğurlar arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-207-63-00