Zaqatala RİH başçısı Mübariz Əhmədzadə vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşır

109

Zaqatala RİH başçısı Mübariz Əhmədzadə vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşır

Respublika Prezidenti cənab İlham Əliyevin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin əsasını hər zaman vətəndaş amili təşkil edir. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onun söylədiyi “Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Zaqatalada da öz real əksini tapmaqdadır.
Zaqatala Rayon Icra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə vətəndaşları qəbul edib onların problemləri ilə tanış olub və həllində öz vəzifə borcunu yerinə yetirir. Keçirilən iclasda icra başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr, bildirilən iradlar bir daha onu göstərdi ki, rayonda vətəndaş amili bundan sonra da həmişə ön planda olacaq.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə keçirilən tədbirlərdə məqsəd və əhəmiyyət kəsb edən görüləcək işlərin vətəndaşların xidmətində dayanmasını özümüzün vacib amillərdən biri olduğunu göstərir. Ölkə başçısının son günlər apardığı kadr dəyişikliyi, yeni təyin olunan dövlət məmurlarını qəbul etməsi, həmin görüşlər zaman verdiyi tapşırıq və tövsiyələr barədə fikirlərini çatdıran rayon rəhbəri həmin görüşlər zamanı deyilən sözlərin bu gün hər bir dövlət məmuruna aid olduğunu bildirib. İcra başçısı həmin görüşlər zamanı ölkə rəhbərinin vətəndaşlara qarşı necə davranılmalı olduğunu, həmişə onlara həssas münasibət göstərilməsini, ölkəmizdə şəffaflığın tam təmin olunması üçün rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olduğunu dəfələrlə səsləndirdiyini qeyd edib.
İcra başçısı yuxarıda adları qeyd olunan hər üç sahənin ən həssas və vətəndaşların qayğılarının tam əhatə olunduğu sahələr olduğunu bildirib. Odur ki, hər bir vətəndaşın haqlı-haqsız olub-olmamasından asılı olmayaraq onların müraciətlərinə, istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı vurğulayıb.
Mübariz müəllim qeyd edib ki, əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amilinin dayandığını söyləyiriksə, biz məmurlar da hər zaman çalışmalıyıq ki, həmin siyasəti olduğu kimi yerinə yetirək və həmin amilin bütün respublikada ön planda olduğunu öz əməli işlərimizlə göstərək.

İcra başçısı Zaqatala rayonunda şəhid ailələri və qarabağ müharibəsi ailələrinə də öz diqqət və qayğısını əsirgəmir. Vaxt aşırı onların ailələrinə baş çəkərək problmlərini yaxından tanış olur və həllində əlindən gələni əsirgəmir. Bu da o deməkdir ki, Mübariz müəllim ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının tapşırıqlarını layiqincə yerinə yetirir və ona bu yönümdə dəstək olduğunu öz əməllərində təzahür edir.
Mübariz müəllim vətəndaş-dövlət məmuru münasibətinin ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə qurulması üçün tək idarə, müəssisə, təşkilat rəhbərlərinin deyil, bütün kollektivlərin səfərbər olmalarını üzrə tapşırıq və tövsiyələrini həmişə öz çıxışlarında qeyd edir və onların həyata keçməsində əlindən gələnini əsirgəmir.

Bizdə redaksiya olaraq Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə işlərində uğurlar arzu edirik.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-207-63-00