Gənclər və idman sahəsi həmişə diqqət mərkəzindədir

559

Gənclər və idman sahəsi həmişə diqqət mərkəzindədir

Nahid Amanov Tahir oğlu fevral ayının 25-i 2009-cu ildə Səlyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. 2016-cı ildə şəhid Cəlal Məmmədov adına məktəbdə ilk 1-ci sinifə addımlarını atmağa başladı. Məktəbdə də biliyi ilə, nümunəvi şagird olmağı ilə seçilirdi. Ancaq idmana olan həvəsi və qabiliyyəti, potensial enerjisi ailədə diqqətimizdən qaçmadı və bizdə qərara aldıq və  Nahidi “Karate” idman növünə yazdıraq. O, Səlyan rayonunun Qaraçala qəsəbəsində yerləşən “Səlyan karate“ klubunun müəllimi olan Seymur Məmmədovun yanında karate dərsi almaq üçün məşqlərə yazıldı və beləliklə 2017-ci ildən müxtəlif yarışmalarda iştirak etdi.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bir neçə yarışmalarda birincilik əldə etdi. Bu birincilik onu daha da həvəsləndirdi. Məşqlərinə davam etdi, bütün bacarığını və enerjisini növbəti yarışmalar üçün hazırladı. Bundan başqa “Azərbaycan birinciliyi“ , “Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş WKF Karate idman növü üzrə uşaq və yeniyetmələr arasında“, “Azəərbaycan açıq birinci beynəlxalq Karate çempionatında“, 2018-2019-cu ildə Albert Aqromoviçin xatirəsinə həsr olunmuş “Gənclər və İdman Nazirliyi arasında Səlyan birinciliyi“,“Sərhədçi idman olimpiya klubunun on illiyinə“ həsr olunmuş, “2018-ci ildə Türkiyənin Rizə şəhərində keçirilmiş Azərbaycan komandası 200 nəfərlik heyətlə yarışmaya qatılan yarışmada Nahid Amanov ikinci yerə layiq görülmüş. 2020-ci ildə “20 Yanvar Şəhidlərinin“ xatirəsinə həsr olunmuş zirvə yarışmasında iştirak elədi və nəhayət 2020-ci ilin Yeniyetmələr arasında keçirilən və həmçinin ən önəmli və vətənpərvərlik ruhunun inkişafına dəstək fonunda Şəhidimiz Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş Kata və Komanda Kata üzrə klublar arasında keşirilən turnirdə Nahid Amanov birinciliyə layiq görülmüşdür. Biz də valideyn olaraq övladımızın idman uğurları ilə və öz yaşıdları arasında nümunəvi davranışları ilə fəxr edirəm.İnanram ki, Nahid karate idman yarışımalarında özünün bacarıqlı və mərd göstərməsi ilə bərabər öz vətəninə layiqli vətənpərvər övlad olmağını sübut edəcək!

Nahidin idman sahəsində qazandığı uğurlarında karate müəllimi Seymur Məmmədovun böyük əməyi keçmişdir. Müəllimidə öz dilindən belə söyləmişdirki Nahid mənim ən yaxşı tələbələrimdən biridir. Nahid çox nizam-intizamlı uşaqdır, müntəzəm olaraq davamiyyətli məşqlərə gəlir, ona verilən məşq tapşırıqlarını yerinə yetirməyə çalışır. Müəllim üçün bütün tələbələr eyni səviyyədə olmalı və qayğı göstərilməlidir. Lakin yaxşı öz üzərində çox işləyən zəhmətkeş tələbələr qrupdan seçilirlər. Nahid də belə tələbələrdən biridir. İnşAllah biz inanırıq ki, Nahid axıra kimi belə davam edərsə idman sahəsində yüksək nailiyyətlər əldə edə bilər. Ona gələcək həyatda dərslərində və idman həyatında müvəffəqiyyətlər arzu edirəm.

Nahidin bu cür qururverici davranışları da hər bir uşaq üçün nümunəvi olmalı!

 

Aygün Ağayeva

“Beynelxalqinformasiyaagentliyi.az” xəbər portalının

Təsisçi və baş redaktoru