“Covid-19”-la mübarizədə həkimlərimizin zəhməti əvəzedilməzdir

766

“Covid-19”-la mübarizədə həkimlərimizin zəhməti əvəzedilməzdir

Bu günkü müsahibimiz 20 ildir ki, Səhiyyə Nazirliyi, akad. M.A.Topşubaşov adına ECM-nin anesteziologiya-reanimasiya şöbəsində işləyir. Həmin həkim anestezioloq-reanimatoloq bu mərkəzin böyük elmi işçisi olan, tibb üzrə fəlsəfə doktoru Kəmalə Novruz qızı Namazovadır. Ailəlidir, 2 övladı var. Usaqlıqdan arzusu qəhrəman həkim olmaqdır.

-Bir dəfə sosial şəbəkədə bir video süjet gördüm.  Müxbir bir 20-22 yaşlarında bir balaca oğlana sual verdi: “Özünlə fəxr edirsən?” O da cavabında: “Bəli. Mən aprel döyüşlərində əsğər kimi vuruşub, yaralanmışam”. Ürəyimdə o balaca oğlana o qədər paxıllıq etdim ki. Yaşda kiçik olsa da, vətən üçün nəsə edə bilmişdir.      İlk dəfə Covid-19 virusu 2019-cu il dekabr ayında Çinin Uhan şəhərində epidemiya şəklində yayılmağa başladı. Həmin vaxtdlarda bütün televiziya və sosial şəbəkələrdə koronavirus epidemiyası və onun törətdiyi dəhşətlər diqqətimi çəkdi. Yanvar ayında rastıma İran İslam Respublikasında dünyasını dəyişən 250 həkimin xatirəsinə həsr olunmuş “Covid-19-un qurbanları” adlı videoroliki görəndə dəhşətə gəldim. Çox sarsıldım. İlk dəfə mart ayinin 7-də Azərbaycanda “ İlk könullu həkim” kimi TƏBİB-də qeydiyyatdan keçdim.

Mart ayının 27-si Dövlət rəhbərimiz Cənab İlham Əliyev və Vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə modern klinika olan Yeni Klinika Covid-19-la mübarizədə istifadəyə verildi. Cənab prezidentin tapşırığı ilə martın 29-da Covidlə mübarizəyə start verildi. Bütün klinikalar yüksək səviyyədə dərman preparatları və son model olan süni tənəffüs aparatları ilə təmin edildi.                İlk dəfə əynimə o skafandırı geyinib, eynəyimi taxıb reanimasiyanın qapılarını mən açdım. Heç bir işçisi, heç nəyi olmayan reanimasiyaya daxil olanda çox həyəcanlı idim. Tez bir müddətdə 8 saat işləməklə reanimasiyaya və stasionar şöbələrə ekib yığıldı. Təsəvvürümdə belə idi ki, indi TTY çoxlu sayda huşsuz xəstələr gətirəcək. Əslində isə belə olmadı. Covid-19 pozitiv, lakin  klinik əlamətləri az olan yüngül xəstələr daxil oldu. Bu stabillik aprelin 9-a qədər davam etdi. Aprelin 9-dan etibarən artıq reanimasiyada 15-ə qədər xəstə oldu.  Ağır xəstələrin sayı o qədər də çox deyildi, süni tənəffüs aparatlarında az sayda xəstələr var idi. O üzdən elə də çox yorulmurduq və gücümüzü itirmirdik. Artıq  mayın 15-dən başlayaraq ağır xəstə axını artdı. Xəstələr süni tənəffüs aparatlarına qoşuldu. Artıq həyatını itirən xəstələri gördükcə depresiya yaranırdı məndə. Tez –tez ağlayırdım, əsəbi olurdum, qida və su qəbulundan imtina edirdim. Xəstə yaxınlarına yaxınının ölüm xəbərini vermək çox çətin və üzücü idi. Bəzən onlarla birgə ağlayıb, iztirab çəkirdim. Ən unudulmaz və çətin günümüz mayın 30-u iyunun 6-na qədər olan bir həftədə sayı hesabı bilinməyən TTY maşınları, içində can çəkişində, tənəffüs çatmamazlığı olan, imdad diləyən, gözləri bərəlmiş, rəngi qaralmış, ağzı köpüklənmiş, huşsuz, adını belə deyə bilməyən xəstələri qəbul etdiyimiz gün oldu. O, reanimasiya koridoru həyat-ölüm astanasıdır. Mən həmişə o astanada dayanıb əvvəlcə reanimasiyanı süzürdüm. 32 nəfərlik palatada xəstə qəbulu, ən dəhşətli günümüz Rəşad Quliyev, mən və Murad Məmmədli mayın 30-u iyunun 5-6-ı oldu xəstə insan axınının qarşısında 3 həkim aciz qaldıq. Acil bacardıqca tez-tez, yıxıla-dura qaçıb intubasiya edib, STA-na qoşurduq. Tez ol! Profol, Rokuron, Larinqaskop, Trubka, Aparat! Bir anlıq koridorda qulaqlarım tutub bərkdən qışqırıb ağlamağa başladım. Rəşad Quliyev məndən bərk yapışıb silkələdi. Ağlama! Dur, sən ki, qorxaq, aciz deyilsən. Biz insanalara kömək etməliyik. Oranı “Çernobıla” bənzədirdim.                                                                                           Reanimasiya şöbəsi 4 seksiyadan ibarət olub, hərəsində 8 çarpayı var idi. Lakin xəstə çoxluğundan xəstələrin sayı artıq 40-ı keçmişdir, reanimasiya blokunda süni tənəffüs aparatlarının və kardiomonitorların səsindən vahimələnirdim. Klinikamızda 3000-ə qədər xəstə oldu, onlardan 700-ə qədəri reanimasiya şöbəsində müalicə almışdır. Həmin günlərdə mən, həmkarlarım Rəşad Quliyev, Murad Məmmədli həqiqi mənada döyüş arenasında qəhərmanlıq etdik. Elə həmin günü yoluxdum, sağlamlığımı itirdim. Sol aşağı ətrafımda varikoz inkişaf etdi. Xəstələndiyim müddətdə 6-cı mərtəbədə palatada müalicə alırdım, həmin gün hərarətimin yüksək olmasına baxmayaraq reanimasiya şöbəsinə düşüb septiki şok, trombohemoragik vəziyyətdə gələn 36 yaşlı cavan oğlanı intübə edib, yardım etmişdim. Başımı qaldıranda gördüm yanaşı çarpayıdakı Vüqar adlı oğlan ağlayırdı. Dedi ki: “ doktor, axı siz özünüz də xəstəsiniz. Ölə bilərsiz”.                                      Həmin dönəmlərdə həkimlərimizin və tibb personalının əksəriyyəti Covid-19 virusuna yoluxdular, işçi qüvvəsi azalmışdır.  Covid-19-la mübarizədə Türkiyədə Hacıtəpədə təhsil almış Azərbaycanlı və Acıbadəmin həkimləri və həmşirələri də bizə dəstək və yardım üçün gəldilər. Orda Aykut və İsmayıl hocadan da bəzi şeyləri də öyrəndim. Amma onlar da bizdən də nəsə öyrənirdilər. Bir dəfə bir ağır xəstəni intübə etdim, tez bir zamanda körpücükaltı venasını kateterizə etdim, xəstəyə pron pozisiya verdik. Demə İsmayıl hoca bir kənardan mənim işimə baxırmış. İşimi bitirəndən sonra İsmayıl bəyə yaxınlaşdım, hal əhval tutdum onunla. Birdən hoca dedi: “Bu nasıl doktor ya? Erkək gibi kadın. Doktorum, sən çox yetənəklisin”. Hətta Kubadan gələn reanimatoloq Arratsu reanimasiyaya daxil olanda yaxınlaşıb həkimlərimizə demişdi ki: “Efsanə nərədə”? Hamımız təəcüblə baxdıq ki, bu nə danışır? Sonra dedi ki, eşimişəm ki sizdə Əfsanəvi reanimatoloq-Kəmalə doktor var.  Mən və ekibimiz bizə köməyə gələn tibb personalına  minnətdarlığımızı bildiririk. Bir onu bilirəm ki, bu 5 ayda bacardığımdan da bəlkə artıq etdim. Heçnədən, boş reanimasiyadan hər şey yaratdım. Bacardığım qədər insanlara yardım etdim.                   Azərbaycan Səhiyyəsində öz dəsti xətti ilə tanınan həkimlərlə Şahin Məmmədov, Lalə Həsənova, Şahmərdan Danyalov, Mahrux Abbasova, Azər Aslanov, Lalə Musayeva, İsgəndər İsgəndərov, Amir Hüseynov, Zaur Qəribov, Elnur Mirzəyevlə çiyin çiyinə işlədim. Daima T.ü.f.d. Rəşad Mahmudovdan, Mərkəzi Neftçilər Xəstəxanasından t.ü.f.d. Qulam Rüstəmovdan, Mediclub Hospitalın reanimatoloqu olan Hafiz Həsənovdan, Vüqar Abdullayevdən, Gömrük Hospitalının reanimatoloqu Xəyal Məmmədovdan, ATU-dan Emil Qasımovdan, Cavid Paşayevdən, Ədalət Rüstəmovdan dəyərli məsləhətlər alırdım, uğurlarımzı bölüşürdük.         Mən fəaliyyət göstərdiyim vaxtlarda da hər bir xəstəyə eyni qayğımı və  sevgimi göstərmişəm. Bir həkim üçün də fəxr hissidir ki, hər bir xəstəsindən minətdarlıq və təşəkkür duyğularını görsün. Həmin təşəkkür mesajlarından birini xəstəm Fariz Əkbərov yazmışdır: “Əziz Kəmalə xanım. Mən hər şeyin canlı şahidiyəm. Xəstələrin yanında bir ana, bacı, qız kimi qulluqlarında durduğunuzun gözlərimlə şahidi oldum. Mənim və qaynanamın həyata qayıtmağında müstəsna rolunuz olub. O dəhşətin içində xəstələrə daima gülüb, ümid verməyi heç kəs bacarmaz. Xəstələrin yaddaşında həm yaxşı insan, həm də yaxşı həkim kimi iz qoydunuz. Ailəmizin adından sizə sonsuz təşəkkür edirik.  Allah sizi və kollektivinizi qorusun”.                                                                                                         Bu gün Allahım məni mükafatlandırdı. Övladım Lalə Bakı Dövlət Universitetinin tələbəsidir. Nərgiz qızım isə Akad. Zərifə Əliyeva adına liseyə qəbul olub. Onların təhsildəki uğurları məni bir ana kimi qürürlandırır. Bir onu bilirəm ki, reanimasiyada xəstələrlə, onların yaxınları ilə bir ağladıq, bir güldük, onların acısı da, sevinci də bizim oldu. Sağalan həkim həmkarım hər dəfə mənə zəng vuranda deyir ki: “ Mən sənin sənət əsərinəm”.  Vaxt gələcək. Covid bitəcək. Amma orda vuruşan hər bir işçinin aldığı psixoloji travmalar heç vaxt bitməyəcək. O reanimasiyanın qapısını birinci mən açıb girmişəm, qismət olsa sonuncu da mən  bağlayıb çıxacam.                                                                                                        Bu 5 ay müddət ərzində M.Topçubaşov adına ECM-nin rəhbərliyinin və bütün həkimlərinin və tibb personalının kömək və dəstəyini gördüm. Xüsusilə professor Q.Müslümov, əziz müəllimim t.e.d. F.Həsənov, prof. Ə.Məmmədov, t.e.d. A.Ağayeva, T.ü.f.d. A.Əliyeva, t.ü.f.d. G.Əliyeva, t.ü.f.d. R.Qasımov, N. Həmidova, F.Cəniyev və digər həkimlərin daima diqqət və hörmətini öz üzərimdə hiss etmişəm.         Mən xəstə olan zaman mənə yardım üçün gələn mediclub hospitalın TTY, həmçinin klinikanın direktoru t.ü.f.d. S.A.Adnayev cənablarına, baş meneceri Teymur Kravçenkoya dərin minnətdarlığımı bildirirəm. Bundan başqa mənə dəstək olan oxuduğum 99 nömrəli məktəbdə birgə təhsil aldığım sinif yoldaşlarım, mənə bilik verən müəllimlərimdən Rizvanə, Zöhrab, Məmməd müəllimlərimin və ATU-dan 334-cü qrup yoldaşlarımın, ailəmin sevgi və dəstəyi əskik olmamışdır. Özünüzü qoruyun! Bu dünyanı sevgi, vicdan, qeyrət, gözəllik xilas edəcək.

Aygün Ağayeva

“Beynelxalqinformasiyaagentliyi.az” xəbər portalının

Təsisçi və baş redaktoru